main-post-cover

    60 il ərzində insanlar tərəfindən zibillənmiş kosmos

    Digər
    07.05.2017
    Farid Pardashunas
    İnsanlar ətraf mühiti zibilləməyi sevirlər. Bu proses təkcə Yer kürəsində deyil hətda kosmosda belə gedir. Londonun universitet səviyyəsindəki kollecinin astronomu Stuart Grey tərəfindən hazırlanmış animasiyasının köməyi ilə insanların kosmosu nə dərəcədə zibillədiklərini görmək olar. Hər şey 1957-ci ildə SSRİ tərəfindən kosmosa Yer kürəsinin süni peykinin (58.5 sm-li kürəşəkilli radioötürücü aparat) göndərilməsi ilə başladı. Həmin süni peykin kosmosa göndərilməsində müstəsna rol oynamış raket qurğusu çirklənmənin başlanğıcı oldu. Növbəti ildə ABŞ öz süni peyki olan Explorer 1-i kosmosa göndərdi. Faktiki olaraq hər bir missiya kosmosun zibillənməsinə gətirib çıxartdı. Yuri Qaqarin-in kosmosa uçması vaxtı artıq orada 200-ə yaxın xarici obyektlər var idi. 1980-ci ildə Neil Armstrong ilk dəfə Aya ayaq basan zaman həmin obyektlərin sayı 5000 idi. Hazırda isə bu say 20.000-dir.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər