main-post-cover

    3D printerlə insan sümüyü istehsal etmək üçün yeni texnika tapıldı (Video)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    3D printerlər dünyanı dəyişdirməyə davam edir. "3D printerlərlə hazırlanan süni insan sümükləri” artıq reallığa çevrilir

    Dublindəki Trinity Colloge-də tapılan Advanced materiallarBioengineering Research Centre (AMBER)-in ortaya çıxardığı son texnologiya sayəsində artıq 3D printerlərlə süni şəkildə insan sümüyü düzəltmək mümkün olacaq. Tapılan son texniki bio məhsullar və kök hüceyrələr sayəsində sümüklərin əldə olunması mümkün olacaq. Professor Daniel Kelli-nin sözlərinə görə hal-hazırda qan ala bilən qatı bir maddə ortaya çıxarmaq mümkün deyil, amma yeni metodla qığırdaq və sümük implantları istehsal etmək mümkündür. Bu yeniliyə nail olmaq üçün Kelli və heyəti insan sümüklərinin inkişafından ilham aldıqlarını bildirir.
     
     
    İnsan doğularkən sadə bir qığırdaq quruluşuna sahib olur. İnsan böyüdükcə isə qığırdaq qarmaşıq toxumaya çevrilir. Daha əvvəllər oxşar kəşflər olsa da bu yenilik insan orqanizminə daha uyğundur. Bu təcrübələr uğurla tamamlandığı halda artıq polimer və metal protezlərə ehtiyac qalmayacaq. Kelli bunun bir çox problemlərin həllini asanlaşdıracağını bildirir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər