➤Demək olar ki, günümüzdə əksər iş müraciətləri zamanı bizdən CV və öz haqqımızda məlumat tələb olunur. İş axtaranların ən yaralı yeri də məhz bu CV-ni yaxşı formada hazır etməkdir. Bu da təsadüfi deyil. Çünki sizin CV-yə baxan HR, sizin forma ilə yanaşı 100-lərlə iş axtaranın müraciətinə də baxır və CV-nizin yaxşı və gözə xoş gələn olması sizi bir addım öndə edir. Bugün Tech-Tips-də yaxşı dizaynlı və ən əsası Pulsuz CV yaratmağın asan yolunu izah edəcəyik.