Nvidia (İnvidya) 1993-cü ildə Yen-Sun Huanq, Körtis Prim və Kristofer Malakovski tərəfindən yaradılır. Bu üç kompüter mütəxəssisi təcrübəli, bu sahədə çalışmış və qarşılarına dəqiq məqsəd qoymuş şəxslər idi. Nəticədə dəqiq biznesplanla fəaliyyətə başlayan şirkət mikroçip istehsalçısı kimi bazara daxil olur.