HP şirkətinin yaranması və inkişaf tarixi


1939-cu ildə iki elektrik mühəndisliyi üzrə təhsil alan tələbə Vilyam Hyulet və Deyvid Pakkard bacarıqlarını müxtəlif məhsullar üzərində sınamaq üçün texnoloji cihazlar hazırlayan şirkət yaratmaq qərarına gəlirlər. Bu şirkətin adını isə öz soyadlarının baş hərflərinin birləşməsindən yaradırlar. Beləliklə daha sonra dünyanın ən nəhəng texnologiya istehsalçılarından birinə çevriləcək "HP" -nin əsası qoyulur.