main-post-cover

    'YouTube' tətbiqinə əlavə olunan yükləmə funksiyası nə işə yarayır?

    Elm & Texnologiya
    31.01.2018
    Farid Pardashunas
        2 ildən çoxdur mövcud olan bu funksiya imkan verir ki, Youtube videolarını internetsiz şəraitdə belə izləyə bilək. Mobil telefonlar üçün olan YouTube tətbiqinə əlavə olunan 'Download' seçimi ilə, seçdiyiniz keyfiyyətə uyğun olaraq videonu yaddaşa yaza bilirsiniz.
        Lakin, burada əsas məqam ondan ibarətdir ki, "yaddaşa yazmaq" dedikdə, cihazın yaddaşı nəzərdə tutulmur. Müəllif hüquqlarına görə əslində sizin həmin videonu yükləməyiniz qanunauyğun deyil. Bu funksiyanın əlavə olunmasının əsas səbəbi, sadəcə internet olmayan zaman yüklədiyiniz videolara, ofline rejimdə baxmaq imkanı yaratmaqdır. Yəni, yüklədiyiniz videoya elə YouTube tətbiqinin içərisindən baxa biləcəksiniz.
        Yəni, videolar bir növ keş yaddaşda qalır və siz növbəti dəfə eyni videonu açanda, bunun üçün internet datası istifadə etmirsiniz. Bizə Spotify -dan yaxın tanış olan bu funksiya artıq aktiv şəkildə istifadəyə verilib. Qeyd edək ki, bu əlavə bütün videolar üçün keçərli deyil.
        Yüklədiyiniz videoları daha sonra YouTube tətbiqi daxilində olan "Downloads" yaxud "Saved Videos" bölməsindən izləyə biləriniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər