main-post-cover

    Yeni 'Xiaomi Mi Notebook Air' haqqında ilkin məlumatlar sızdırıldı

    12.06.2017
    Orxan Jafarli
    Yeni Xiaomi Mi Notebook Air sızdırıldı!
    Yenilənən xüsusiyyətləri ilə qarşımıza çıxacaq olan 'Xiaomi Mi Notebook Air`in görüntüləri sızdırıldı. Sızdırılan detallar ilə birlikdə yenilənən "Xiaomi Mi Notebook Air" olduqca iddialı gəlir!

    Yenilənən Xiaomi Mi Notebook Air haqqında söz-söhbətlər gəlməyə davam edir. Bu gün sızdırılan vizuallar ilə birlikdə 13.3 düymlük ölçüsü ilə Xiaomi'nin yeni notebook'un görüntüləri sızdırıldı.
    Xiaomi, yeni notebooku ilə istifadəçilərin könlünü fəth etməyi planlaşdırır. Bu il istifadəçilərin qarşısına sinifinə görə iddialı bir notebook ilə çıxacaq olan texnologiya nəhəngi, rəqibləri ilə möhkəm bir rəqabətə girməyə hazırlanır.

    Xatırlayacağınız üzrə Xiaomi, dekabr ayında 4G dəstəkli 13.3 düymlük bir notebook satışa təqdim etmişdi. İndi isə yenilənən xüsusiyyətləri  ilə təkrardan qarşımıza çıxacaq olan texnologiya nəhəngi 13.3 düymlük notebook`u ilə diqqətləri üzərində toplayacaq.
    Sızdırılan vizuallara baxacaq olsaq, yeni notebookda "trackpad"ın sağ üst küncünə yerləşdirilmiş halda gələcək bir barmaq izi skanı olacaq. Təhlükəsizlik mövzusunda olduqca keyfiyyətli bir təcrübə təqdim edəcək olan Xiaomi, yeni notebookda 7. nəsil Core i5-7200U prosessorundan istifadə edəcək. Yeni nəsil prosessorun sürəti isə 3.1 GHz olduğunu da qeyd edək.

    Yenilənən xüsusiyyətləri ilə satışa təqdim ediləcək olan notebookda GeForce MX150 ekran kartı da var. Həm dizaynı həm xüsusiyyətləri ilə diqqətləri üzərinə toplayacaq olan yeni Xiaomi Notebook Air, istifadəçilər üçün  gözəl bir seçim olacaq.
    GeForce MX150 ekran kartından söz etsək, MX150, Nvidia`nın daxili səviyyəsi Pascal notebook prosessorudur və 940MX'ə müqayisədə watt başına üç qat daha yaxşı bir performans təqdim edir.
    Xiaomi Mi Notebook Air, 8 GB RAM, 128256 GB-lıq daxili yaddaş sahəsi seçimləri ilə texnologiya mağazalarındakı yerini alacaq.
    Yeni Mi Notebook Air'in nə vaxt satışa çıxacağı haqqında dəqiq məlumat yoxdur. Ancaq yenilənən 13.3 düymlük Notebook, 735 dollar ilə 805 dollar arasında bir qiymət etiketi ilə satışa təqdim edilməsi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər