Reklam
Yeni Xiaomi Mi Band 7 smart qolbağı təqdim edilib - QİYMƏTİ

Yeni Xiaomi Mi Band 7 smart qolbağı təqdim edilib - QİYMƏTİ

Texnologiya
24.05.2022 PAYLAŞIM

    Redmi brendi Redmi Note 11T ProNote 11T Pro+ smartfonlarından əlavə olaraq çoxdan gözlənilən Mi Band 7 smart qolbağını da təqdim edib. Təqdim edilmiş Mi Band 7 modeli ənənəvi dizaynını qoruyub saxlayıb. Bununla yanaşı o, əvvəlki modellərdən fərqli olaraq bir qədər böyük ekran və batareya həcmi əldə edib. Bundan əlavə olaraq Mi Band 7 qandakı oksigen miqdarının ölçülməsi üzrə geniş funksiyaları və məşqlərin effektivliklərini yüksəltmək üçün təkmilləşdirilmiş xüsusi məşqçi rejiminin dəstəyi ilə diqqəti cəlb edir. Beləliklə yeni Mi Band 7 smart qolbağı 490x192 piksel keyfiyyətli 1.62 düym AMOLED ekran ilə təchiz olunub. Ekran statik təsvirlərlə yanaşı dinamik temaların əks olunmalarını da dəstəkləyir. Əvvəlki Mi Band modellərində olduğu kimi Mi Band 7-nin də gövdəsi 5 ATM standartı üzrə sudan qorunur.


    Ümumilikdə smart qolbaq 100 növ idman hərəkətinin monitorinqini dəstəkləyir. Standart olaraq ürək nəbzinin ölçülməsi ilə yanaşı Mi Band 7 qandakı oksigen səviyyəsini də təyin edə bilir. Bununla belə qandakı oksigen səviyyəsinə smart qolbaq 24 saat ərzində nəzarət edir. Qandakı oksigen səviyyəsinin 90%-dən aşağı olduğu halda bu barədə bildiriş qolbağın ekranında əks olunur və onun gövdəsi vibrasiya verir. Smart qolbaqda reallaşdırılmış daha bir yenilik isə daimi aktiv ekrandır. Əvvəlki Mi Band modellərində olduğu kimi Mi Band 7 də gedilmiş addımların və yandırılmış kalorilərin sayını təyin edə və yuxu keyfiyyətinin monitorinqini apara bilir.

    Bununla yanaşı qolbaq özəl məşqçi rolunda da çıxış edə bilər. Belə ki, qolbağın sistemində olan xüsusi kalkulyator edilmiş məşqlərdən sonra bədənin tam bərpası üçün lazım olan zamanı təyin edir və sağlam bədən formasını dəstəkləmək üçün vacib məsləhətləri çatdırır. Mi Band 7 qolbağı 180 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Məlumata əsasən bir dəfə şarj olunandan sonra qolbaq 14 gün ərzində çalışa bilir. Onu da qeyd etmək lazımdır ki, qolbaq Xiao AI səsli köməkçinin dəstəyinə sahibdir. Mi Band 7 2 versiyada təqdim olunur. Adi və NFC çipinə sahib olan versiya. Çində adi versiyanın qiyməti 36$, NFC dəstəkli versiyanın qiyməti isə 42$ təşkil edir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Samsung 3 nanometrlik prosessorların istehsalına start verib

Samsung-un 3 nanometrlik prosessorları istehsal etməyə başladığı barəsində məlumat şirkətin rəsmi sa..


Xiaomi Mi Band 7 Pro smart qolbağının dizaynı rəsmi şəkildə sərgilənib

Xiaomi şirkəti Mi Band 7 Pro smart qolbağının yaxın zamanda satışa çıxacağını təsdiqləyib...


Braziliya da öz regionundakı smartfonlarda vahid USB Type-C girişindən istifadən..

Braziliyanın şəbəkələr üzrə Anatel adlı nizamlayıcı orqanı USB Type-C girişini ökədə satılan bütün s..


2035-ci ildən Avropa Birliyi regionunda daxili yanma mühərrikinə sahib avtomobil..

2030-cu ilə kimi yüngül avtomobillərin karbon tullantıları 55%, yüngül kommersiya furqonlarının karb..


Instagram Azərbaycanda niyə musiqili videoları bloklayır? (AÇIQLAMA)

Son 1 hhəftə ərzində Instagram kütləvi şəkildə musiqili videoları müəllif hüquqlarının pozulması səb..


Qualcomm Snapdragon 8 Gen 2 flaqman prosessorunun nə zaman təqdim olunacağı məlu..

Qualcomm şirkəti bu il üçün yeni məhsullarının təqdimatı üzrə yol xəritəsini yeniləyib...

×