main-post-cover

    Yeni Xiaomi CC seriyasının ilk smartfon modelinin real fotoları sızdırıldı

    Elm & Texnologiya
    23.06.2019
    Farid Pardashunas
        Gənclər üçün nəzərdə tutulmuş Xiaomi CC adlı yeni smartfon seriyasının anonsu zamanı şirkətin CEO-su Lei Jun sözügedən seriyaya daxil olacaq ilk smatfon modellərinin görünüşləri və texniki göstəriciləri barəsində heç bir məlumat verməmişdi. Lakin bəzi məlumat sızıntıları sayəsində həmin smartfonlardan birinin özəllikləri barəsində məlumat ələ etmək mümkün olmuşdu. İndi isə Xiaomi CC seriyasına daxil olacaq ilk smartfonlardan birinin ilk real fotoları internetdə ortaya çıxıb. Bu barədə Igeekphone saytına istinadən 4pda saytı xəbər verib.

        Ortaya çıxmış real fotoların aşağı keyfiyyətdə olması səbəbilə smartfonun dizaynını qiymətləndirmək çətindir. Sadəcə olaraq həmin fotolardan belə qənaətə gəlmək olar ki, smartfon ekran ətrafı nazik çərçivələrə və ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı hissəyə sahibdir. Ortaya çıxmış fotoların demək olar hamısında smartfon kamerasının çalışma prinsipi əks olunub. Bu isə yeni smartfon seriyasına daxil olacaq modellərin təkmilləşdirilmiş kamera özəlliklərinə sahib olacağından xəbər verir.

        Qeyd etmək lazımdır ki, şirkətin CEO-su Lei Jun yeni smartfon seriyasının adında olan CC hissəsinin Camera & Camera mənasının verilməsini qeyd edib. Son məlumatlara əsasən yeni smartfon seriyasının ilk modellərindən biri də Xiaomi CC9 adlı smartfon olacaq. O, Full HD+ keyfiyyətli 6.39 düym AMOLED ekran, 8 nüvəli Snapdragon 710 və ya Snapdragon 712 prosessoru, əsas kamera modulu 48 MP olacaq üçlü arxa kamera, 32 MP-lik ön kamera və sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunmaldır.
        
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər