main-post-cover

    Yeni Redmi Note 8 Pro smartfonu AnTuTu testi vasitəsilə gücünü sərgiləyib

    Elm & Texnologiya
    30.08.2019
    Farid Pardashunas
        Redmi Note 8 Pro smartfonunun təqdimatı zamanı şirkət bildirmişdi ki, bu smartfon həmçinin gamerlər üçün də nəzərdə tutulub. Bu baxımdan smartfon əlavə idarəetmə cihazının dəstəyini əldə etməsi ilə yanaşı həmçinin MediaTek Helio G90T prosessoru üçün maye soyutma istemini də əldə edib. Bugün isə internetdə Note 8 Po modelinin AnTuTu bençmark saytının testindəki nəticəsi təqdim edilib.
        Təqdim edilmiş göstərici isə diqqətə layiqdir. Bu barədə Gizchina saytı xəbər verib. Çinin Weibo sosial şəbəkəsində ortaya çıxmış screenshot fotosuna əsasən Redmi Note 8 Pro smartfonu AnTuTu testində 282.443 xal toplayıb. CPU-nun göstəricisi 96.805 xal, GPU-nun göstəricisi isə 79.688 xal təşkil edib. Bir neçə müddət bundan öncə YouTube-da ortaya çıxmış vodeoda isə smartfonun bençmark test göstəricisi 270.000 xaldan bir qədər çox idi. Heç istisna deyil ki, testlərdə müxtəlif RAM göstəricili smartfonlar iştirak ediblər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər