main-post-cover

    Yeni qalmaqal ortaya çıxır: Apple, iPhone 6 modellərinin əyildiklərini satışlardan öncə bilirmiş

    Elm & Texnologiya
    27.05.2018
    Farid Pardashunas
        Görünür, Apple şirkətinin günahlarının tövbə edilməsində yeni mərhələ başlayır. Belə ki, vaxtı ikən iPhone 6 ekranlarının əyilməsi barəsində yeni məlumatlar ortaya çıxıb. Qeyd etmək lazımdır ki, bu cür problem nəticəsində iPhone 6 modellərinin ekranları yararsız hala düşürdülər. Məlum olub ki, şirkət bu problemin varlığını hələ smartfonu satışa çıxartmamışdan öncə bilirmiş. Bu barədə Motherboard saytı xəbər verib.
        iPhone 6 və iPhone 6 Plus modellərinin satışa çıxmalarından sonra istifadəçilərdən şikayətlər gəlirdi ki, sözügedən modellər hətta şalvar cibində belə əyilirlər. Görünür bu problem Touch Disease adlı digər bir problemə gətirib çıxardırdı. Həmin problem nəticəsində iPhone 6 modellərinin ekranları yararsız hala düşürdülər. Həmin vaxtda Apple şirkəti bu problemlə öz günahı arasındakı əlaqəni etiraf etməmişdi və istifadəçilərə smartfon ekranlarını 150$ qiymətinə dəyişməyi təklif etmişdi. Lakin bu cür qərar kollektiv məhkəmə iddiasına gətirib çıxartdı.
        Beləliklə məhz bu məhkəmə iddiası çərçivəsində aparılan istintaq nəticəsində şirkətin vacib daxili sənədi ortaya çıxdı. Həmin sənəd sayəsində məlum olub ki, Apple şirkəti iPhone 6 modelinin rahatlıqla əyilə bildiyini hələ smartfonun satışa çıxmasından öncə bilirmiş. Onların apardıqları testlər göstərdi ki, iPhone 6, iPhone 5s-dən fərqli olaraq 3.3 dəfə, iPhone 6  Plus isə iPhone 5s-dən 7.2 dəfə daha asan əyilir. iPhone 6s iPhone 6s Plus modellərinin korpusları artıq daha dözümlü idi və onların sensorlu ekranlarının mikrosxemləri digər yerə keçirilmişdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər