main-post-cover

    Yeni OnePlus 7T smartfon seriyasının təqdimat tarixi rəsmi şəkildə elan edildi (VİDEO)

    Elm & Texnologiya
    16.09.2019
    Farid Pardashunas
        Çoxlu sayda olmuş məlumat sızıntılarından sonra OnePlus şirkəti sonunda özünün yeni smartfon modellərinin təqdimat tarixlərini elan etdi. Bu barədə 4pda saytı xəbər verib. Beləliklə şirkət öz yeni smartfon modellərini 26 sentyabr tarixində ABŞ-da və Hindistanda təqdim edəcək. Smartfonların Avropadakı təqdimatları isə 10 oktyabr tarixində baş tutacaq.
        Artıq bilindiyi kimi söhbət, OnePlus 7TOnePlus 7T Pro smartfon modellərindən gedir. Son məlumatlara əsasən OnePlus 7T Pro modeli Snapdragon 855 Plus prosessoru, yaxşılaşdırılmış üçlü arxa kamera və 20% daha sürətli enerji yığma texnologiyalı batareya həcmi ilə təchiz olunacaq.
        Adi OnePlus 7T modeli isə bir qədər daha çox yeniliklər əldə edəcək. Belə ki, smartfonun ekran ölçüsü 6.55 düym-ə kimi yüksələcək. Həmçinin adi OnePlus 7T modeli də Snapdragon 855 Plus prosessorunu əldə edəcək. Lakin onun arxa kameraları bir qədər fərqli dizayna sahib olacaqlar. Qeyd etmək lazımdır ki, həmin gündə şirkət həmçinin öz ilk smart televizor modelini də təqdim edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər