main-post-cover

    Yeni növ qrafen batareya adi litium-ion batareyadan 70 dəfə daha tez şarj olunur

    Elm & Texnologiya
    13.11.2022
    Farid Pardashunas
        Kvinslend Universitetinin qrafen batareyalar texnologiyasından istifadə edərək batareya istehsalı ilə məşğul olan Graphene Manufacturing Group şirkəti evlərin elektrik enerjisi ilə təmin olunması üçün nəzərdə tutulmuş Günəş enerjisini məhz həmin batareyalarda saxlamağı təklif edir. Məlumatda qeyd edilib ki, adi litium-ion batareyalardan fərqli olaraq qrafendən hazırlanmış yeni növ batareyalar 70 dəfə daha tez şarj olunacaqlar. Hazırlanmış yeni növ qrafen batareyalar adi litium-ion batareyalardan fərqli olaraq daha yüngül, daha ucuzdurlar və ekoloji təmizdirlər. Sözügedən batareyalar qrafen plastinlərin sahib olduqları kiçik ölçülü dəliklərə inteqrasiya edilmiş alüminium atomları hesabına çalışırlar.
        Aparılmış təcrübələr çərçivəsində alimlər aşkar ediblər ki, bu cür batareyalar digərlərindən fərqli olaraq daha yüksək performans göstəricilərinə sahibdirlər. Məsələn R növünə (kiçik dairəvi batareyalar) aid olan bu cür batareya 10 saniyədən az müddət ərzində şarj oluna və öz enerjisini 3 dəfə daha gec sərf edə bilir. Bununla belə bu cür batareyanın istifadə dövrü adi litium-ion batareyanın istifadə dövründən daha yüksək ola bilər. Təəssüflər olsun ki, sözügedən batareya texnologiyası hələ ki, laboratoriya şəraitindən kənara çıxmır. Şirkət təmsilçiləri bildiriblər ki, onlar bu texnologiya əsasında hələ AA növ batareyanın istehsalını reallaşdırmayıblar. Lakin onlar dairəvi batareyalar üçün sözügedən texnologiyanı təkmilləşdirirlər. Şirkət dairəvi formalı yeni növ qrafen batareyaları 2023-cü ildə bazara çıxartmağı planlaşdırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər