Yeni Nokia 105 təqdim edildi. (VİDEO)

Yeni Nokia 105 təqdim edildi. (VİDEO)

Texnologiya
17.07.2017 PAYLAŞIM

Nokia 105 mobil telefonu, bu dəfə də “HMD Global” tərəfindən satışa təqdim edildi. üçüncü nəsil Nokia 105 telefonunun təqdim etdiyi xüsusiyyətlər.


HMD Global, tamamilə yeni Nokia 105 mobil telefonunun rəsmi təqdimatını reallaşdırdı. Nokia 105, ağıllı telefon xüsusiyyətlərinin yerinə yalnız təməl xüsusiyyətlər axtaran istifadəçiləri olduqca məmnun edəcək.

İlk olaraq 2013-ci ildə satışa çıxarılan Nokia 105 mobil telefonu, iki il sonra isə “Microsoft” tərəfindən Nokia 105 (2015) model adıyla təkrar satışa təqdim edilmişdi. İndi isə HMD Global, tamamilə yeni olaraq xarakterizə etdiyi Nokia 105 modelini bir dəfə daha istifadəçilərə təqim etdi.

Yeni Nokia 105, əvvəlki modellərdən görünüş olaraq ayrılsa da əslində təəssüf ki, çox da bir yenilik təqdim etmir. Ən əhəmiyyətli fərqlilik olaraq önə çıkansa bu məhsulda, əvvəlki 1.45 inç1.4 inç ekranlardan fərqli olaraq 1.8 inç-lik daha böyük ekrana yer verilməsidir.


4 MB RAM4 MB ROM saxlayan Nokia 105, çıxardıla bilən  800 mAh bataryasıyla 15 saatlıq danışma müddəti təqdim edə bilir. Əlavə olaraq FM radio, 3.5 mm qulaqlıq çıxışı və micro USB 2.0 portu digər detallar arasında yer alır. Həm tək, həm də iki SIM versiyaları olacaq mobil telefon, Avropada GSM 900/1800 və ABŞ-da GSM 850/1900 bantlarına dəstək təqdim edəcək. Nokia Series 30+ platforması üzərində çalışan  telefonda bir klassik olan Snake Xenzia oyunu da yer alır.

Mavi, qara və ağ rəng variantlarıyla gələcək Nokia 105 telefonunun tək SIM-li modeli 14,50 dollariki SIM-li modeli isə 15 dollarlıq qiymət etiketinə sahib olacaq.




SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Xanımlar üçün 500 Manatlıq Texnologiya səbəti | Hədiyyə edirik

31 Oktyabr axşam saat 20:00-da isə ənənəvi canlı yayımımız Facebook səhifəmizdə olacaq. Və 5 nəfər ş..


Elon Musk yeni smartfon alandan sonra köhnəsini məhv edir

Yeni smartfonun alışından sonra köhnə smartfon modelinin aqibəti müxtəlif cür olur.


Hyundai şirkəti gələcəyin avtomobillərinə 35 milyard dollar investisiya yatıraca..

Cənubi Koreya prezidenti Moon-Jae-in düşünür ki, 2030-cu ilə kimi Cənubi Koreya yollarında olacaq nə..


NASA agentliyi Ay və Mars üçün nəzərdə tutulmuş yeni kosmik skafandrları təqdim ..

Hələ bir neçə müddət bundan öncə NASA agentliyi yeni kosmik skafandrın hazırlanması sifarişini vermi..


Xiaomi şirkəti gələn il çoxlu sayda 5G dəstəkli smartfon satışa çıxardacaq..

Keçirilmiş 6-cı beynəlxalq internet konfransı çərçivəsində Xiaomi şirkətinin təsisçisi Lei Jun, 5G ş..


HTC şirkəti Exodus 1s adlı büdcəli kriptovalyuta smartfonunu təqdim etdi

Hələ bu ilin may ayında HTC şirkəti Exodus 1s adlı kriptovalyuta smartfonu barəsində planlarını açıq..