Yeni nəsil elektrikli yara bandı yaraları sürətlə sağaldır və onları daimi nəzarətdə saxlayır

Yeni nəsil elektrikli yara bandı yaraları sürətlə sağaldır və onları daimi nəzarətdə saxlayır

Texnologiya
05.12.2022 PAYLAŞIM

    Stenford Universitetinin alimləri xroniki yaraların öhdəsindən gələ bilən “smart” yara bandı hazırlayıblar. Siçanlar üzərində aparılmış testlər nəticəsində məlum olub ki, sözügedən yara bandı yaranın sağalma müddətini 25%, dərinin bərpası müddətini isə 50% sürətləndirir. Sözügedən yara bandı iki laydan ibarətdir. Üst layda qalınlığı 100 mikron olan polimer lent yerləşir və həmin lentə elektron komponentlər yerləşdirilib. Aşağı layda isə öz tərkibinə görə dərini xatırladan rezin hidrogelden ibarətdir. Aşağı lay öz növbəsində yara ilə təmasda olur. Yara bandında olan biosensorlar daimi şəkildə yaranın temperaturunu və cərəyan impedansını (dəyişən cərəyan axınına müqavimət) nəzarətdə saxlayırlar. Bu isə ola biləcək iltihabın müddətini aşağı salır.


    Söhbət, çətin sağalan yaralardan gedirsə, bu halda prosesə elektrostimulyator daxil olur. O öz növbəsində toxumalara zəif cərəyan ötürür. Bu, yaraya keratinositlərin (keratinləşdirici epidermal hüceyrələr) miqrasiyalarının sürətlərinin yüksəlməsi və bakteriyaların məhv edilməsi hesabına sağalma prosesini sürətləndirir və infeksiyaların sayını aşağı salır. Sözügedən yara bandı özündə olan radio anten hesabına smartfonla əlaqə yarada bilir. Beləliklə istifadəçi öz yarasının vəziyyətini smartfon ekranındakı göstəricilər vastəsilə izləyə bilər. Bu halda onun yara bandını çıxartmasına ehtiyac qalmır. Yara bandının çıxarılması zamanı gəldikdə o, 40 dərəcə Selsi temperatura kimi qızır. Bu, hidrogel layının yaranı zədələmədən ondan ayrılması üçün nəzərdə tutulub.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi-nin ilk elektromobilinin yeni fotoları ortaya çıxıb

Xiaomi şirkətinin ilk elektromobili dəfələrlə insayderlərin kameraları vasitəsilə çəkilib...


Apple şirkətinin ilk qarışıq reallıq (AR + VR) cihazının unikal özəllikləri barə..

Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən Apple şirkəti öz ilk qarışıq rea..


Xiaomi-nin ilk elektromobilinin dizayn özəllikləri sərgilənib

Xiaomi şirkəti öz ilk elektromobili barəsində istənilən məlumatı hələ ki, sirr olaraq saxlayır...


OnePlus-ın ilk mexaniki klaviaturasının fotosu təqdim edilib

91mobiles saytı OnePlus şirkətinin ilk mexaniki klaviaturasının fotosunu əldə edib və onun barəsində..


Samsung iki istiqamətdə qatlana bilən yeni ekranını sərgiləyib

Samsung-un tərkibinə daxil olan Samsung Display şirkəti Flex In & Out adlı yeni qatlana bilən ek..


Apple HomePod 2 smart səsgücləndiricisini təqdim edib - QİYMƏTİ

Apple şirkəti HomePod adlı smart səsgücləndiricisinin ikinci versiyasını təqdim edib.

×