main-post-cover

    Yeni naqilsiz neyrointerfeys fikir gücü vasitəsilə planşetdən istifadə etməyə imkan verir

    Elm & Texnologiya
    11.04.2021
    Farid Pardashunas
        Alimlərdən ibarət komanda beyin siqnallarının naqilsiz ötürülməsi imkanını verən yeni neyrointerfeys yaradıblar. Yaradılmış yeni neyrointerfeys iflic olmuş insanlara fikir gücü vasitəsilə texniki cihazlardan istifadə etməyə imkan verir və siqnalların ötürülməsi sürəti baxımından naqilli neyrointerfeyslərdən heç də geri qalmır. Hal hazırda beyin-kompüter interfeysi prinsipi ilə çalışan bir sıra effektiv texnologiya mövcuddur. Onların hamısının çalışması üçün naqilli mənbəyə ehtiyacları var. Bu səbəbdən də bu cür neyrointerfeysdən istifadə edən şəxs özü ilə böyük ölçülü cihaz daşımalıdır. Lakin BrainGate adlı yeni neyrointerfeys neyron siqnallarını saniyədə 48 Mbit sürətlə hava üzərindən ötürmək qabiliyyətinə sahibdir.
        Tərtibatçılar bu yeni texnologiyada böhük potensial görürlər. Belə ki, o, iflic olmuş insanların imkanlarını genişləndirə bilər. Yaradılmış bu yeni sistemin tək mənfi cəhəti odur ki, ondan istifadə etmək üçün cərrahiyyə yolu vasitəsilə 200 elektrodu beyin qabığına implantasiya etmək lazımdır. Məhz beyin qabığına implantasiya edildikdən sonra elektrodlar neyron siqnallarını əldə edə bilirlər. Daha sonra baş hissəyə naqilsiz ötürücü bərkidilir. Həmin ötürücüdə olan batareya cihazın 36 saat çalışmasına şərait yaradır. İflic vəziyyətdə olan 2 şəxs təcrübə çərçivəsində sözügedən neyrointerfeysin effektivliyini sübut edib. Belə ki, onlar sadəcə öz fikir güclərindən istifadə edərək 24 saat ərzində planşetdə çalışa biliblər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər