main-post-cover

    Yeni naqilsiz Apple AirPods 3 qulaqlıqları təqdim olunub - QİYMƏTİ

    Elm & Texnologiya
    18.10.2021
    Farid Pardashunas
        Apple şirkəti öz təqdimat tədbiri çərçivəsində ilk yeni məhsulu olan naqilsiz AirPods 3 qulaqlıqlarını təqdim edib. Təqdim edilmiş AirPods 3 qulaqlıqları tamamilə yeni dizayn, daha yüksək çalışma vaxtı və daha öncə yalnız AirPods Pro-da mövcud olmuş funksiyaları əldə ediblər. Xarici görünüşcə AirPods 3 modeli AirPods Pro-ya bənzəyir. Belə ki, onların gövdə formaları bir qədər oxşardılar. Əvvəlki modellər ilə müqayisədə AirPods 3 daha qısa ölçülü aşağı hissəyə sahibdir. Bundan əlavə olaraq yeni qulaqlıqlar yeni idarəetmə sistemini əldə ediblər. Belə ki, istifadəçi qulaqlıqların qısa ölçülü aşağı hissələrinə klikləməklə idarəetməni reallaşdıracaqlar. AirPods 3 tərdən və sudan qorunma standartına sahibdir.
        Lakin Apple qulaqlıqlarda hansı qorunma standartından istifadə olunduğu barəsində məlumat verməyib. AirPods 3 Spatial Audio adlı məkan səsi funsiyasını əldə edib. Daha öncə bu funksiya yalnız AirPods Pro və AirPods Max qulaqlıqlarında aktiv idi. Sözügedən funksiya üçölçülü virtual məkanda həcmli səslənmə effektini yaradır. Bundan əlavə olaraq AirPods 3-də reallaşdırılmış daha bir yenlik ondan ibarətdir ki, o, hər bir konkret istifadəçi üçün səsin səslənmə tərzini adaptasiya edən Adaptive EQ texnologiyasının dəstəyini əldə edib. Apple bildirib ki, FaceTime vasitəsilə ünsiyyət zamanı səsin ötürülmə keyfiyyəti daha da yaxşılaşdırılıb.
        Təbii ki, AirPods 3-də həm də Dolby Atmos texnologiyasının dəstəyi də reallaşdırılıb. Əvvəlki modellər ilə müqayisədə yeni AirPods 3-ün çalışma müddəti 20% yüksəlib. Belə ki, yeni naqilsiz qulaqlıqlar 6 saat ərzində çalışa bilirlər. Şarj keysini nəzərə almaqla bu göstərici 30 saata yüksəlir. Bununla yanaşı AirPods 3-ün şarj keysi naqilsiz MagSafe şarj texnologiyasının dəstəyini əldə edib. Onu da qeyd etmək lazımdır ki, qulaqlıqlar yeni növ mikrofonlar ilə təchiz olunsalar da, AirPods Pro kimi ətraf səs-küyün aktiv boğulması funksiyasına sahib deyillər. AirPods 3-ün satışlarına gələn həftə start veriləcək. Onun satış qiyməti isə 179$ təşkil edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər