main-post-cover

    Yeni Motorola RAZR'ın texniki göstəriciləri ortaya çıxdı

    Elm & Texnologiya
    03.11.2019
    Farid Pardashunas
        Motorola brendinin bir vaxtlar məşhur olmuş RAZR adlı smartfon modeli geri qayıdır. Sözügedən smartfonun təqdimatı 13 noyabr tarixində baş tutacaq və onun press render fotoları artıq ortya çıxıb. İndi isə smartfonun texniki göstəriciləri barəsində məlumat verilib. Bu barədə XDA-Developers saytı xəbər verib.
        Beləliklə yeni Motorola RAZR modeli 2142x876 piksel keyfiyyətli 6.2 düym əsas ekran, 800x600 piksel keyfiyyətli 2.69 düym xarici ekran, Snapdragon 710 prosessoru, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi və 2510 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
        Əsas sual doğuran məqam məhz prosessor ilə batareya həcmidir. Belə ki, həmin özəllilər alıcılarda mənfi fikirlər yarada bilərlər. Məsələ burasındadır ki, son məlumata əsasən yeni Motorola RAZR modeli 1500$ qiymətində satışa çıxacaq. Bu cür qiymətə isə belə texniki göstəricilər heç də sərf eləmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər