Yeni MacBook Air 2020 noutbuku performans cəhətdən iPad Pro 2018-dən geridə qalıb
Elm & Texnologiya
23.03.2020
Farid Pardashunas
Keçən həftə Apple şirkəti yenilənmiş klaviatura mexanizminə sahib MacBook Air (2020) noutbuk modelini təqdim etmişdi. Bir neçə gün sonra isə Geekbench 5 bençmark saytında sözügedən noutbuk modelinin Intel Core-i5 prosessorlu versiyası test olundu. Test nəticələrinə görə MacBook Air (2020) performans cəhətdən 2018-ci ildə satışa çıxmış iPad Pro-dan geridə qalır. Bu barədə Ubergizmo saytı xəbər verib. Beləliklə məlumata əsasən MacBook Air (2020) modeli Geekbench 5-in birnüvəli testində 1047 xal, çoxnüvəli testində isə 2658 xal toplayıb. Test çərçivəsində noutbukun prosessoru TurboBoost rejimində maksimal 3.5 GHz tezliyə kimi çatdırılıb. iPad Pro 2018 planşet modeli isə Geekbench 5-in birnüvəli testində 1108 xal, çoxnüvəli testində isə 4595 xal toplayıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)