main-post-cover

    Yeni iPhone modellərindən biri Geekbench testindən keçdi

    Elm & Texnologiya
    02.07.2018
    Emil Nəcəfov
        Bu ilin Sentyabr ayında təqdim olunacaq 3 iPhone modelinin artıq bir neçə dəfə render fotoları yayılıb. Lakin onlar real cihazın render fotoları deyil, zavod çertyojları əsasında hazırlanmış render fotoları olub. İndi isə iPhone modellərindən biri məşhur Geekbench bençmark testində aşkar edilib. Geekbench testlərinə əsasən yeni iPhone modeli iOS 12 əməliyyat sistemi və D321AP prosessoru ilə təchiz olunacaq. Sözügedən prosessor çox güman ki, iPhone X-in D22AP seriya nömrəli Apple A11 Bionic prosessorunun təkmilləşdirilmiş versiyasıdır.
        Bununla yanaşı yeni iPhone 4 GB RAM-a da sahib olacaq. iPhone X 3 GB RAM ilə təchiz olunur. Birnüvəli testdə yeni iPhone 4673 xal, çoxnüvəli testdə isə 10912 xal yığıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, iPhone X həmin testlərdə 4200 və 10000 xal yığmışdır. Geekbench testində keçmiş smartfonun adı iPhone 11.2 kimi qeyd olunub. Ola bilər ki, yeni iPhone modellərindən birinin adı iPhone 11 olsun. Geekbench saytında smartfon barəsində digər bir məlumat aşkar edilməyib.
    Linki kopyala