Yeni iPhone modelləri barəsində məlumatlarortaya çıxıb
Elm & Texnologiya
28.08.2018
Farid Pardashunas
12 Sentyabr tarixində Apple şirkəti
3 yeni iPhone modeli təqdim etməlidir: 5.8 inç ekranlı yenilənmiş iPhone X, 6.5
inç ekranlı iPhone X Plus və 6.1 inç LCD ekranlı büdcəli iPhone. Bugün isə hər
bir yeni iPhone modeli barəsində bəzi məlumatlar ortaya çıxdı. Məşhur analitik
Ming-Chi Kuro-nun məlumatlarına əsasən büdcəli iPhone modeli LCD ekrandan əlavə
olaraq alüminiumdan hazırlanmış çərçivələrə sahib olacaq və bir ədəd arxa
kamera ilə təchiz olunacaq. Aşağı cədvəldə hər 3 iPhone modeli barəsində bəzi məlumatlar
yerləşir. Onlara baxıb smartfonlar arasında müqayisə aparmaq olar.
Beləliklə
iPhone X Plus modelinin qiyməti 999$, yenilənmiş iPhone X-in qiyməti isə 899$ dəyərində
qiymətləndirilir. Ming-Chi Kuo həmçinin qeyd edib ki, büdcəli iPhone modeli
ümumiyyətlə Oktyabrda satışa çıxa bilər. Belə ki, onun istehsal qrafikində bəzi
problemlər yaranıb. Digər iki model isə Sentyabr ayının sonunda satışa
çıxmalıdır. Bununla yanaşı əvvəlki məlumat sızıntılarına baxmayaraq
Ming-Chi Kuo əmindir ki, bu ilki iPhone modelləri Apple Pencil dəstəyi əldə etməyəcəklər.
Buna baxmayaraq onların hər üçü yeni A12 prosessoru ilə təchiz olunacaq. Bundan
əlavə olaraq məlumatda qeyd olunub ki, bu ilki iPhone modelləri 3D Touch
texnologiyasına sahib sonuncu iPhone modelləri olacaqlar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!