main-post-cover

    Yeni iPad Pro barəsində məlumatlar var

    Elm & Texnologiya
    13.03.2018
    Emil Nəcəfov
    Tayvanın Economic Daily News adlı jurnalında dərc olunmuş məqaləyə əsasən “Apple” bu il 11 inç ekrana sahib yeni iPad Pro modelini təqdim edəcək.
        Güman olunur ki, yeni model iPad Pro Face ID texnologiyası və 8 nüvəli A11X prosessoru ilə təchiz olunacaq. Ölçüsünə görə isə yeni model 10.5 inç ekrana sahib iPad Pro kimi olacaq. Lakin çərçivələrin nazikləşdirilməsi hesabına ekranın ölçüsü böyüyəcək. Bütün bunlara baxmayaraq yeni iPad Pro modelində də iPhone X-dəki kimi ekran üzərində kiçik çıxıntının olub-olmayacağı bilinmir. Bir sıra konseptlərdən belə nəticəyə gəlmək olar ki, sözügedən çıxıntı olmayacaq.

        Lakin bu tam dəqiq məlumat deyil və şirkət təqdimat zamanı sürpriz edə bilər. Məlumata əsasən WWDC 2018 tədbirində şirkət həmçinin 12.9 inç ekrana sahib yenilənmiış iPad Pro modelini də təqdim edəcək. O da həmçinin Face ID texnologiyası və 8 nüvəli A11X prosessoru ilə təchiz olunacaq. Əlavə olaraq tədbirdə iPhone SE2 modelinin də təqdim olunacağı istisna olunmur. Baxmayaraq ki, şirkət bu ilin əvvəlində yeni iPhone modelini təqdim etməyəcəyini bildirmişdi, yenə də ümid var. Onu da qeyd etmək lazımdır ki, bu ilki WWDC tədbiri 4-8 İyun tarixlərində baş tutacaq.
    Linki kopyala