main-post-cover

    Yeni iOS versiyası iPhone'larda ciddi problemlər yaradıb

    Elm & Texnologiya
    15.10.2019
    Farid Pardashunas
        Proqram təminatı yenilənməsi əvvəlki versiyanın zəif nöqtələrini aradan qaldırmaq üçün nəzərdə tutulur. Lakin bəzən yenilənmənin özü də yeni sistem boşluqlarını yaradır. Beləliklə iOS 13.1.2 əməliyyat sisteminin işıq üzü görməsindən sonra iPhone istifadəçiləri bir sıra problemlərlə qarşılaşıblar və həmin problemlər səbəbilə onlar öz smartfonlarından düzgün şəkildə istifadə edə bilməyiblər. Bu barədə Zdnet.com saytı xəbər verib.
        Apple şirkətinin rəsmi forumunda proqram təminatının yenilənməsindən sonra istifadəçilərin səsli zənglər zamanı qarşılaşdıqları problemlər əks olunublar Bu problemdən zərər çəkmiş şəxslərin sözlərinə görə 1 dəqiqə ərzində danışıq tam normal keçir. Lakin 1 dəqiqədən sonra danışıq kəsilir. Təkrar zəng də istifadəçinin heç bir əlaqəsi olmadan yarıda kəsilir.
        iPhone ilə bağlı olan problemlərdən biri də iOS 13.1.2 yenilənməsindən əvvəlki versiyanı əhatə edir və həmin problem smartfonun qızması ilə bağlıdır. İstifadəçilərin verdikləri məlumata əsasən iOS 13.1.2 isə iPhone modellərinin çalışma müddətlərini aşağı salır. Apple şirkəti sözügedən problemlərin aradan qaldırılması üçün hələ ki, heç bir yenilənmə anons etməyib. Zənglər ilə bağlı probemlərin aradan qaldırılması üçün isə istifadəçilərə şəbəkə ayarlarının ilkin ayarlara qaytarılması məsləhət görülür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər