main-post-cover

    Yeni innovasiyalı batareya Tesla elektromobillərini daha ucuz edəcək

    Elm & Texnologiya
    16.05.2020
    Farid Pardashunas
        Tesla şirkəti aşağı maya dəyərinə və uzun xidmət müddətinə sahib yeni innovasiyalı elektromobil batareyası yaradıb. Məlumata əsasən həmin batareyanı hətta milyon mil (1609344 km) qətt edilmiş yoldan sonra da dəyişmək lazım gəlməyəcək. Bu isə o deməkdir ki, yaradılmış batareya bir növ sonsuz istifadə üçün nəzərdə tutulub. Belə ki, orta statistik sürücü heç həyatı boyunca bu qədər yol qətt etmir. Daha vacib fakt isə ondan ibarətdir ki, yeni innovasiyalı elektromobil batareyası hal hazırda bazarda olan digər batareyalardan daha ucuz başa gələcək.
        Bu isə öz növbəsində Tesla şirkətinə öz elektromobillərinin qiymətlərini benzin avtomobillərinin qiymətləri səviyyəsinə çatdıra və hətta onlardan daha ucuza satmaq imkanını verə bilər. Bu barədə Reuters saytı xəbər verib. Qeyd etmək lazımdır ki, gələn həftə Tesla şirkətinin Battery Day adlı xüsusi təqdimat tədbiri baş tutacaq. Gözləntilərə əsasən gələn həftə baş tutacaq həmin tədbir çərçivəsində investorlara və ictimaiyyətə şirkətin enerji saxlama sahəsindəki yeni innovasiyalı məhsulları təqdim olunacaq.

    Elon Musk söz verib ki, həmin gün Tesla tarixinin ən vacib günü olacaq.

        Yeni məlumat sızıntısına əsasən Battery Day təqdimat tədbirində Tesla şirkəti aşağı maya dəyərinə sahib yeni innovasiyalı elektromobil batareyası təqdim edəcək. Sözügedən batareyanın xidmət müddəti milyon mil təşkil edəcək və onun istehsalına artıq bu ilin sonunda start verilə bilər. Bu isə öz növbsində Tesla şirkətinə öz elektromobillərini daxili yanacaq mühərrikli avtomobillərin qiymətində və hətta onlardan daha aşağı qiymətdə satmağa imkan verəcək. Məlumata əsasən yeni innovasiyalı elektromobil batareyası Tesla-nın, Çinin CATL şirkəti və Kanadalı alimləri ilə birlikdə əməkdaşlığı çərçivəsində yaradılıb.
        İlkin mərhələdə bu batareya Çində istehsal olunan Tesla modellərinə quraşdırlacaq. Daha sonra isə onlar digər regionlarda satılan Tesla modellərinə inteqrasiya olunacaqlar. İnnovasiyalar sözügedən batareyanın daxilindəki kobalt miqdarının azaldılması, batareya daxilindəki cərəyanı azaltmaq və daha uzun yol məsafəsi üçün daha çox enerji miqdarı saxlamağa imkan verən kimyəvi əlavələrdən, materiallardan və örtüklərdən istifadə ilə əlaqəli olacaqlar.

    Bundan əlavə olaraq şirkət yeni sürətli və yüksək avtomatlaşdırılmış batareya istehsalı prosesini də inteqrasiya etməyi planlaşdırır.

        Bu isə öz növbəsində Nevadada yerləşən Gigafactory zavodundan 30 dəfə daha böyük olacaq zavodların istehsalat qabiliyyətini yüksəldəcək. Bütün bunlardan əlavə olaraq Tesla şirkəti nikel, kobalt litium kimi bahalı metalların təkrar istifadəsi, emalı texnologiyaları və elektromobil batareyalarının təkrar şəkildə enerji şəbəkələrində istifadəsi üzərində çalışır. Bütün bu addımlar yalnız bir məqsəd üçün atılır: Elektromobil alışını sərfəli etmək üçün batareyaların istifadə imkanlarının genişləndirilməsi. Enerji şəbəkəsinə qoşulma qabiliyyətinə qadir milyondan çox elektromobilə sahib olmaqla isə Tesla şirkəti Pacific Gas & Electric və ya Tokyo Electric Power kimi böyük enerji şirkətləri arasında nüfuzlu şirkət statusunu əldə edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər