main-post-cover

    Yeni GoPro action kamera modellərinin keyfiyyətli fotoları sızdırıldı

    Elm & Texnologiya
    12.09.2019
    Farid Pardashunas
        Yeni nəsil GoPro action kameralarının təqdimatlarından öncə həmin kameraların keyfiyyətli fotoları internetə sızdırılıb. Yeni nəsil action kamera seriyasına iki model daxil olacaq və onlar əvvəlki modellərdən bəzi konstruktiv dəyişikliklər ilə fərqlənəcəklər. Bu barədə Winfuture saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən GoPro Hero 8 Black modelinin gövdəsinin aşağı hissəsində kameranın müxtəlif aksessuarlara bərkidilməsi üçün nəzərdə tutulmuş modul olacaq.
        Bunun sayəsində kameranı müxtəlif kəmərlərə, ştativlərə və tripodlara bərkitmək mümkün olacaq. Əvvəlki moddellərdən fərqli olaraq yeni model GoPro-da həmçinin batareyaların və yaddaş kartının yerləşdyi yerlər də dəyişilib. Belə ki, onlar yeni modelin gövdəsində sağ hissədə yerləşirlər. Kameranın texniki özəllikləri barəsində dəqiq bir məlumat yoxdur. Lakin gözləntilərə əsasən bu kamera saniyədə 60 kadr sürətlə 4K keyfiyyətində və ya saniyədə 120 kadr sürətlə 2.7K keyfiyyətində videolar çəkə biləcək. Yeni modelin batareya həcmi isə 1220 mAh olacaq.
        GoPro Max modelinə gəldikdə isə o, 360 dərəcə videoların çəkilməsi üçün nəzərdə tutulmuş GoPro Fusion kamerasının davamçısı olacaq. Yeni GoPro Max da GoPro Hero 8 Black modelində olduğu kimi aşağı hissədə xüsusi bərkidilmə moduluna sahib olacaq. Həmçinin GoPro Max modelində də batareya və yaddaş kartı hissəsi gövdənin sağ hissəsində yerləşəcək. GoPro Max modelini adi GoPro Hero 8 Black-dan fərqləndirəcək əsas özəllik ondan ibarət olacaq ki, o, arxa paneldə əlavə kamera ilə təchiz olunacaq. Yeni action kamera modellərinin təqdimat tarixləri barəsində heç bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər