main-post-cover

    Yeni Google Pixel modellərində istifadəçi konfidensiallığı ilə bağlı vacib problem aşkar edilib

    Elm & Texnologiya
    18.10.2019
    Emil Nəcəfov
        Bir neçə gün bundan öncə təqdim edilmiş Google Pixel 4Pixel 4 XL smartfon modelləri hələ satışa çıxmasalar da onların ilkin versiyaları artıq jurnalistlər və bloqqerlər tərəfindən test olunurlar. Həmin bloqqerlərdən biri isə yeni smartfonlarda çox ciddi mənfi özəlliyi aşkar edib. Həmin mənfi özəllik isə istifadəçilərin konfdensiallıqlarına ciddi zərər vura bilər. Bu barədə 4pda saytı xəbər verib. Google Pixel 4 və Pixel 4 XL modelləri ənənəvi barmaq izi skanına sahib deyillər.
        Həmin texnologiya nə smartfonların arxa panellərində nə də ekranlarında yerləşdirilməyib. Yeni Pixel modellərində istifadəçinin yeganə identifikasiya üsulu isə üz skanı texnologiyasıdır. Artıq smartfonları test etmiş jurnalistlərin sözlərinə əsasən sözügedən üz skaneri yüksək sürətlə çalışır. Belə ki, o, istifadəçi üzünə nəzərən ön kameranın müəyyən bucaq altına düşməsindən asılı deyil.
    Google Pixel 4
        Lakin bu halda istifadə olunan Motion Sense texnologiyasının çox kritik mənfi özəlliyi var. Belə ki, sözügedən skan texnologiyası hətta istifadəçinin gözlərinin bağlı olduğu vaxtda da smartfonu blokdan çıxardır. Bu üsulla yeni Pixel modellərini hətta istifadəçi yatmış olduğu müddətdə də aktivləşdirmək mümkündür. Google şirkəti bu məsələyə hələ fikir bildirməyib. Bu cür mənfi özəlliyin proqram təminatı yenilənməsi ilə aradan qaldırılması mümkünlüyü barəsində də bir məlumat yoxdur.
    Linki kopyala