main-post-cover

    Yeni Google Pixel 4 smartfon seriyasının bilinməyən modeli Geekbench testindən keçdi

    Elm & Texnologiya
    16.09.2019
    Emil Nəcəfov
        Google Pixel 4Pixel 4 XL smartfon modellərinin təqdimatlarına hələ 1 ay var. Lakin bu smartfonlar barəsində demək olar hər şey məlumdur. Buna baxmayaraq internetdə sözügedən yeni smartfon seriyasının daha bir modeli barəsində məlumat ortaya çıxıb. Belə ki, həmin smartfon modeli məşhur Geekbench bençmark saytında testdən keçib. Bu barədə Gizchina saytı xəbər verib. Google Pixel 4 XL 5G adına sahib smartfon Geekbench-in birnüvəli testində 761 xal, çoxnüvəli testində isə 2326 xal toplayıb.
        Maraqlısı ondadır ki, testdən keçmiş smartfon modeli 8 GB RAM-a sahib olub. İndiyənə kimi isə bu cür RAM göstəricili yeni Pixel modeli barəsində məlumat ortaya çıxmamışdı. Smartfonun və onun çalışacağı platformanın adının (sm8150) əks olunmasından belə qənaətə gəlmək olar ki, smartfon ya Snapdragon 855 ya da Snapdragon 855 Plus prosessorunu və 5G modemi əldə edəcək. Əgər bu məlumat öz təsdiqini tapsa deməli Pixel 4 XL 5G modeli Google şirkətinin 5G dəstəyinə sahib ilk smartfon modeli olacaq. Qeyd etmək lazımdır ki, yeni Pixel 4 seriyasının 15 oktyabr tarixində təqdim olunacağı gözlənilir.
    Linki kopyala