main-post-cover

    Yeni daşınıla bilən cihaz yüksək dozada narkotik vasitənin qəbulu halında insan həyatını xilas edir

    Elm & Texnologiya
    23.11.2021
    Emil Nəcəfov
        Nalokson adlı dərman preparatı heroin və ya digər opioid növlərinin yüksək dozada qəbulu nəticəsində həyatını itirmək təhlükəsi altında olan insanı ölümdən xilas edir. Lakin belə bir halda sözügedən dərman preparatının orqanizmə inyeksiyasnı dərhal reallaşdırmaq lazımdır. Yeni daşınıla bilən cihaz isə məhz bu proses üçün nəzərdə tutulub. Belə ki, yeni daşınıla bilən cihaz narkotik vasitənin yüksək dozada qəbuluna tez reaksiya verir və nalokson dərman preparatının inyeksiyasını reallaşdırır. Bundan əlavə olaraq kiçik ölçülü bu cihaz pasient barədə məlumatları yaxında olan smartfona ötürür. Vaşinqton Dövlət Universitetinin mütəxəssisləri tərəfindən yaradılmış bu cihaz hələ prototip şəklində mövcuddur.
        O, pasientin qarın nahiyəsində dəriyə yaxın məsafədə yerləşdirilir. Cihaz isə özündə olan akselerometr və xüsusi mikroprosessorlar vasitəsilə daimi şəkildə pasientin bədən hərəkətlərini və nəfəs tezliyini monitorinq edir.  Monitorinq zamanı cihaz bədənin hərəkətsiz şəkildə olduğunu və eyni anda narkotik vasitələrin qəbulu zamanı nəfəsalma funksiyasının pozulmasına gətirib çıxardan xarakterik patternləri aşkar edərsə, o, avtomatik şəkildə nalokson inyeksiyasını reallaşdıracaq. Bundan əlavə olaraq pasientin tibbi göstəriciləri Bluetooth vasitəsilə yaxınlıqda yerləşən smartfona ötürüləcək.
        Opioid növlərinin yüksək dozalarda qəbulunu təyin edən alqoritmin təlimatlandırılması üçün mütəxəssislər opioid asılılığına sahib 25 nəfər könüllü şəxsi işə cəlb ediblər. Nəticədə 20 nəfər sağlam şəxs xəstəxana şəraiti çərçivəsində nəfəs pozuntusunu simulyasiya edən anda cihaz avtomatik olaraq nalokson inyeksiyasını reallaşdırıb. İndi isə mütəxəssislər cihaz ölçüsünün daha da kiçildilməsi üzərində çalışırlar. Daha sonra isə onlar bu texnologiyanın kommersiyalaşdırılmasına keçid edəcəklər. 
    Linki kopyala