main-post-cover

    Yeni büdcəli iPhone modelinin adı Apple saytında təsdiqləndi

    Elm & Texnologiya
    03.04.2020
    Emil Nəcəfov
        Son bir neçə ay ərzində insayderlər iPhone SE smartfon modelinin davamçısı barəsində çoxlu sayda məlumatlar təqdim ediblər. Son məlumat sızıntılarına əsasən Apple şirkəti yeni büdcəli iPhone modelini yaxın müddətdə təqdim etməlidir. İndi isə şirkət öz rəsmi saytında yeni iPhone modelinin adını təsadüfən ortaya çıxardıb. Bu barədə Slashgear saytı xəbər verib. Beləliklə son məlumat sızıntısına əsasən smartfon iPhone SE (2020) adı ilə satışa çıxacaq.
        Smartfonun adı Apple şirkətinin rəsmi saytındakı aksessuarlar bölməsində aşkar edilib. Məsələ burasındadır ki, Apple öz saytında iPhone SE, iPhone 7 iPhone 8 üçün nəzərdə tutulmuş və eyni ölçüdə olan Belkin InvisiGlass qoruyucu şüşəsini təqdim edib. Lakin biz bilirik ki, iPhone SE modelinin ölçüsü iPhone 7 və iPhone 8 modellərinin ölçülərindən daha kiçikdir. Bu isə o deməkdir ki, iPhone SE (2020) modeli iPhone 7 və iPhone 8 modellərinin ekran ölçülərini əldə edəcək. iPhone SE (2020)-nin yaxın müddətdə təqdim olunması gözlənilir.
    Linki kopyala