main-post-cover

    Yeni avtomobillərə təcili yardım (SOS) butonu əlavə olunacaq

    Elm & Texnologiya
    30.03.2018
    Orxan Oguz
         Dünya yeni nəsil texnologiyaya doymur. Komputerlə başlayan texnologiya dövrü artıq evlərimizə də daxil olub. Hətta evdə olmadığımız günlərdə evimizi çox rahat formada müşahidə edə bilirik. 
    Avropada ilk
         Bu hal son dövrlərdə nəqliyyat vasitələrində də əks olunub. Xüsusilə, avtomobil sektoru texnologiyanın bir nömrəli hədəfinə çevrilib. Avropa bu mövzuda daha irəliyə addım ataraq qəza anını və sonrakı müddəti minimuma endirərək S.O.S. sistemini tətbiq etmək üzrədir. 
    İnsanların həyatı xilas olacaq?
         Avropa Avtomobil İstehsalçıları Birliyinin (ACEA) mühasibi Erik Jonnaert mövzuyla bağlı, ''Xilasetmə əməkdaşlarının daha çevik davranması üçün eCall sistemi işə düşəcək və çoxlu sayda insanın həyatı xilas olacaq'', deyə açıqlama verib. Jonnaert bu sistemlə təcili yardım, yanğınsöndürmə və polis maşınlarının qəzadan sonra həyati önəm daşıyan o qısa müddətdə mümkün qədər çevik davranmasını təmin edəcəklərini bildirdi. 
    Sistem necə işləyir?
        Yeni sistem qəza sonrasında yaxınlıqdakı xilasetmə qurumu ilə avtomatik danışıq əlaqəsi yaradır. Əgər avtomobildə qəzaya uğrayanlar hər hansı bir reaksiya verə bilmirsə o halda GPS-məlumatların köməyilə xilasetmə dəstələri birbaşa qəza nöqtəsinə yönləndirilə bilir. AB Komissiyası bu tədbir sayəsində xilasetmə əməkdaşları tərəfindən qəzaya reaksiya verilmə müddətinin şəhərlərdən kənar ərazilərdə 50%, şəhərlərdə isə 40% qısaldacağına ümid edir.
    AB Komissiyası eCall köməyilə Avropa miqyasında hər il 2500-ə yaxın insanın həyatının xilas etməyi planlayır

     
    Linki kopyala