Yaponiyanın 5G baza stansiyaları cihazları uzaqdan şarj edə biləcəklər

Yaponiyanın 5G baza stansiyaları cihazları uzaqdan şarj edə biləcəklər

Texnologiya
09.11.2021 PAYLAŞIM

    Verilmiş məlumata əsasən Yaponiyanın telekommunikasiya şirkəti olan SoftBank yeni nəsil texnologiyanın testinə start verib və həmin texnologiya vasitəsilə 5G stansiyalar elektron cihazları uzaqdan şarj edə biləcəklər. Bu barədə Nikkei saytı xəbər verib. Sözügedən texnologiya Kioto Universiteti, Kanadzava Texnologiya İnstitutuYaponiya Milli İnformasiya və Kommunikasiya Texnologiyaları İnstitutu tərəfindən hazırlanır. Bu yeni texnologiyanın hazırlanması çərçivəsində xüsusi naqilsiz ötürücülərdən istifadə ediləcək.

    Həmin ötürücülər isə 5G standartına sahib stansiyalar ilə birlikdə çalışacaqlar. SoftBank öz növbəsində 200.000 ədəd 4G baza stansiyasının təkmilləşdirilməsinə artıq start verib və həmin baza stansiyaları 5G dəstəyinə sahib olacaqlar. Məhz təkmilləşdirilmiş stansiyalar gələn ilin əvvəlindən başlayaraq uzaqdan smartfonları şarj etmək imkanına sahib olacaqlar. Bunun üçün istifadəçi sadəcə olaraq baza stansiyasına yaxınlaşmalı olacaq. Proses zamanı ötürülən siqnalın gücü 1 millivatt ilə məhdudlaşdırılıb.


    Səbəb isə siqnalın insan orqanizminə mənfi təsir göstərməsinin qarşısını almaqdır. Hal hazırda şarj prosesi 10 metr məsafəyədək reallaşdırıla bilir. Lakin yaxın gələcəkdə bu göstəricinin 100 metrə yüksəldilməsi planlaşdırılır. Bu texnologiya öz növbəsində smart saatların, fitnes qolbaqların, qulaqlıqların və s. cihazların batareyalarını enerji ilə təmin edə biləcək. Hal hazırda bu texnologiyanın istifadəsi Yaponiyada qadağandır. Belə ki, müxtəlif dövlət qurumları tərəfindən ötürülən siqnallara maneə yaratmaq təhlükəsi var. SoftBank bildirib ki, yeni texnologiya 2025-ci ildə kütləvi bazarda təqdim ediləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi-nin ilk stolüstü kompüterinin real fotoları ortaya çıxıb

Bir neçə gün bundan öncə məlum oldu ki, Xiaomi şirkəti öz ilk stolüstü kompüterini təqdim etməyə haz..


Huawei Watch Buds smart saatının yeni real fotoları ortaya çıxıb

Huawei şirkətinin təqdimata hazırlaşan Watch Buds smart saatının real fotoları ortaya çıxıb...


Son zamanlarda Starlink peyk internetinin sürəti aşağı düşməyə başlayıb..

İnternet sürətinin ölçülməsi üçün nəzərdə tutulmuş məşhur Speedtest servisinin yaradıcısı olan Ookla..


Huawei uşaqlar üçün iki ekranlı yeni smart saatını anons edib

Huawei şirkəti uşaqlar üçün nəzərdə tutulmuş qeyri-adi smart saatı anons edib. Sözügedən smart saatı..


Huawei şirkəti sabahkı təqdimat tədbirini təxirə salıb

Xiaomi-nin ardınca Huawei şirkəti də öz təqdimat tədbirini təxirə salıb. Qeyd etmək lazımdır ki, şir..

×