main-post-cover

    Yaponiya yeni nəsil texnologiyaların yaradılmasına 1 milyard dollara yaxın vəsait yatıracaq

    Elm & Texnologiya
    07.08.2019
    Emil Nəcəfov
        Yaponiya hökuməti demoqrafik krizis ilə mübarizədə yardımçı olacaq mühəndis texnologiyalarının yaradılmasına ümid edir. Alimlər gələcək insanlar üçün kibernetik texnologiyalar, hibernasiya kapsullarını və texnoloji implantları yaratmalıdırlar. Bu barədə Hightech.plus saytı xəbər verib. Yaponiya hökuməti kiborqların və insanların yaşlılıq dövrlərində funksionallıqlarının itirilməsinə qarşı digər texnologiyaların hazırlanmasına 1 milyard dollara yaxın investisiya yatıracaq.
        Məlumata əsasən sözügedən layihələrin hazırlanmasına sərf olunacaq ilk 5 il üçün dövlət 921 milyon dollar vəsait yatıracaq. Yaxın zamanda tədqiqatçılar və alimlər üçün xüsusi konkurs keçiriləcək və həmin konkurs çərçivəsində 25 sahəyə aid müxtəlif layihələrə baxılacaq. Həmin layihələrdən bəziləri sadəcə olaraq texnoloji dəbə ayaq uydurmaq üçün nəzərdə tutulsa da, digər layihələr müasir Yaponiyanın bugünki gündə qarşılaşdığı problemləri əhatə edir. Məsələn sənaye tullantıları, əhalənin orta yaş göstəricisinin yüksəlməsi, okeanın çirklənməsi və s. Məsələn uşaqların dünyaya gətirilməsi göstəricisinin aşağı düşməsinin həllini Yaponiya dövləti texnologiyalarda görür.
        Yaponiyanın marağında olan digər bir sahə isə süni hibernasiyadır. Süni hibernasiya orqanizmin yuxu dövrünə keçməyə imkan verən və perspektivdə bu üsulla insan həyatını uzatmağı mümkün edə biləcək bir texnologiyadır. Bununla yanaşı dövlət kənd təsərrüfatı, inşaat və balıq sənayesi sahələrinin avtomatlaşdırılmasında da böyük potensial görür. Yaponiyadan kənarda yaşayan alimlər maliyyələşdirmək üçün öz sorğularını bu ilin sonundan göndərə biləcəklər. Dövlət isə həmin sorğulari prioritet səviyyəsi nöqteyi nəzərdən müşahidə edəcək. Layihələrin sona çatdırılma müddətləri isə 2025-ci ildən 2060-cı ilə kimi nəzərdə tutulub.
    Linki kopyala