main-post-cover

    Yaponiya 6G üçün hazırlıqlara başladı: 5G-dən 10 qat daha sürətli

    Elm & Texnologiya
    21.01.2020
    Nijat Hamid
            Yaponiya bildiyiniz kimi texnologiyada çox sürətlə hərəkət edən bir ölkədir. Dayanmaq bilməyən Yaponlar 5G bir qırağa, artıq 6G üzərində işlərə başlayıblar. Təbii ki, bura sadəcə Yaponiya daxil deyil, Çin, Koreya,Finlandiya da 6G üçün hazırlıqlara başlayıblar. Nikkei tərəfindən verilən məlumatlara əsasən, Yaponiya artıq işlərə başlayıb və 2030-cu ilə qədər 6G texnologiyasını tamamlamağı planlayırlar. 

    6G texnologiyası 5G-dən 10 qat daha sürətli olacaq və Yaponiya bu texnologiyanı 2030-a qədər tamamlamağı planlayır.

            Yaponiya Daxili İşlər Xəbərləşmə naziri mütəxəssislərdən başqa da xalq arasından texnologiyaya maraqlı insanlardan ibarət bir komandanı bu ay ərzində toplayacaqlarını bildirdi. Tokio Goshinjin üniversitetinin nəzarəti altında işləyəcək bu komanda da NTTToshiba şirkətlərindən mütəxəssislər də olacaq. 6G-nin həfədlərinin və ümumi yol xəritəsinin İyun ayında dəqiqləşəcəyi gözlənilir.
            6G haqqında düşünülən ilk fikir gələcəyi tamamilə dəyişdirə biləcəyidir. Bu texnologiya tamamlandıqda insanların özlərinin 3D modelləri ilə konfranslarda iştirak edə biləcəklərinin mümkünlüyündən bəhs edilir. Yaponiya 6G üçün ümumilikdə 2.03 Milyard dollar büdcə ayırıb. Digər tərəfdən qeyd olunur ki, 5G-dən 10 qat sürətli olması gözlənilən 6G-də daha yüksək tezlikli dalğalardan istifadə olunacaq. Həmçinin Çin dövləti də 2019-dan etibarən işlərə başlamışdı. Finlandiya 6G təkmilləşdirilmələri üçün 2 yeni üniversitet qurulacağını bəyan etmişdi. Koreyada isə LGSamsung 6G üçün yatırımlar etməyə 2019-un sonlarından etibarən başlamışdılar. 
    Linki kopyala