main-post-cover

    Xiaominin yeni interfeysi MİUİ 12 ilə bağlı ilk məlumatlar ortaya çıxdı

    Elm & Texnologiya
    22.11.2019
    Nijat Hamid
            Xiaomi nəhayət çox gözlənilən MİUİ 11 interfeysini keçən ay istifadəçilər üçün yayımlandı. Xiaomi CEO-su təqdimat zamanı MİUİ 11-dən dərhal sonra növbəti interfeys yenilənməsi üçün işə başlayacaqlarını demişdi. Son zamanlarda MİUİ FlymeOS kimi interfeyslərin tərtibatçılarının OPPO şirkətinə keçməsi bəzi istifadəçiləri narahat edib. Istifadəçilər bu səbəb ilə MİUİ interfeysinin rəsmi Weibo səhifəsində bununla bağlı suallar ünvanlayıblar.

    Rəsmi MİUİ Weibo səhifəsində bu sualları cavablayan rəsmilər narahat olmağa bir səbəb olmadığını və artıq MİUİ 12 üzərində işlədiklərini bildiriblər. 

            Xiaomi rəsmilərinin dediklərinə görə tərtibatçılar gün ərzində 13 saat işləyirlər və digər şirkətlərə müsahibəyə getməyə vaxtları olmur. Digər ünvanlanan suallardan biri isə Həmişə Açıq Ekran (Always on Display) funksiyasına niyə animasiyalı effektlərin aktiv olmaması idi. Rəsmilərin dediklərinə görə animasiyalı effektlər batareya istifadəsini artıracağı üçün hələki test mərhələsindədir və bu problemin həll yolu axtarılır. MİUİ 11 Beta versiyalarında olan Qlobal Dark Mode rejimi bildiyiniz kimi Stabil versiyalar ilə birliktə sistemdən silinmişdi. Qlobal Dark Mode funksiyası aktivləşəndə telefonda olan hər proqram qaranlıq rejimə keçirdi, lakin çoxsaylı uyğunsuzluqlar olduğu üçün bu funksiya stabil versiyalardan ləğv edildi. Tərtibatçıların dediyinə görə isə MİUİ 12 interfeysi ilə birliktə Global Dark Mode təkrar cihazlara qayıdacaq və daha stabil işləyəcək. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər