main-post-cover

    Xiaomi şirkəti yeni Mi Note modeli üzərində çalışır

    Elm & Texnologiya
    12.10.2019
    Emil Nəcəfov
        2015-ci ildən 2017-c ilə kimi Xiaomi şirkəti Mi Note smartfon seriyasını satışa çıxardırdı. Bu seriyanın fərqləndirici özəlliyi ondan ibarət idi ki, Mi Note seriyasına daxil olan smartfonlar böyük ekran ölçülərinə sahib idilər. Lakin bu il şirkət bildirdi ki, o, Mi Note seriyasını ümumiyyətlə ləğv edib. Görünür, şirkət öz fikrini dəyişib. Belə ki, Ice Universe ləqəbi ilə tanınan məşhur insayderin verdiyi məlumata əsasən şirkət Mi Note 3-ün davamçısı üzərində çalışır. Bu barədə Gizchina saytı xəbər verib.
        Analitiklərin sözlərinə əsasən Xiaomi şirkəti Galaxy Note seriyasının rəqibini təqdim etməyə hazırlaşır. Son məlumatlara əsasən yeni Mi Note modeli həmçinin stilus dəstəyini də əldə edə bilər. Ice Universe bildirib ki, şirkət Mi Note 10-u bu ayın sonunda satışa çıxartmağı planlaşdırır. Onun fikrincə şirkət artıq bu yeni smartfonun istehsalına start verməyə hazırdır. Sonuncu Mi Note modeli 2 il bundan öncə satışa çıxmışdı. Söhbət, Mi Note 3 modelindən gedir. O, 5.5 düym ekran, 6 GB RAM və Snapdragon 660 prosessoru ilə təchiz olunurdu.
    Linki kopyala