main-post-cover

    Xiaomi şirkəti yeni flaqman smartfonu Mi Mix 4 yox başqa cür adlandıracaq

    Elm & Texnologiya
    13.09.2019
    Emil Nəcəfov
        Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi şirkəti özünün Mix flaqman seriyasının növbəti modellərinin adlarını dəyişəcək. Görünür, bu məlumat öz təsdiqini tapıb. Bəle ki, şirkət keçən ayın sonunda Mix Alpha ticarət nişanını qeydiyyatdan keçirtmək üçün sorğu göndərmişdi. Beləliklə şirkətin yeni flaqman smartfonu böyük ehtimalla məhz Mix Alpha adlanacaq.
        Bu barədə IThome saytı xəbər verib. Son məlumat sızıntılarına əsasən smartfon Snapdragon 855 Plus prosessoru və 108 MP-lik ISOCELL Bright HMX kamera modulu ilə təchiz olunacaq. Çinin patent bürosunun məlumatlar bazasında Mix Alpha-dan başqa həmçinin Xiaomi Watch Color adına da rast gəlinib. Çox güman ki, söhbət, Mi seriyasının ilk smart saat modelindən gedir. Təəssüflər olsun ki, smart saat modeli barəsində heç bir məlumat yoxdur.
    Linki kopyala