Reklam
Xiaomi şirkəti və brendlərinin bu il təqdim edəcəkləri smartfon modellərinin siyahısı ortaya çıxıb

Xiaomi şirkəti və brendlərinin bu il təqdim edəcəkləri smartfon modellərinin siyahısı ortaya çıxıb

Texnologiya
30.03.2020 PAYLAŞIM

    İnternetdə Xiaomi şirkətinin bu ilin üçüncü rübündə təqdim edəcəyi smartfon modellərinin siyahısı ortaya çıxıb. Şirkətin əməkdaşlarından birinə göndərilmiş gizli məlumatda təqdim olunacaq 17 yeni smartfon modelinin adı mövcuddur. Onların arasında Redmi Poco brendlərinin də cihazları var. Bu barədə Gizchina saytı xəbər verib. Beləliklə siyahıdakı smartfon modelləri aşağıdakı kimidir:

Bənzər xəbər


    Xiaomi:

- Xiaomi Mi 10T (Redmi K30-un qlobal versiyası), Mi 10T Pro (Redmi K30 Zoom Edition)

- Xiaomi Mi 10S - Poco F2-nin güman olunan rebrendinqi. Bundan əlavə olaraq 5G şəbəkə dəstəyini əldə edəcək Redmi X10 modeli də təqdim oluna bilər

- Xiaomi Mi 7 (2020) - Şirkət Mi 8 seriyasını təqdim etmək üçün Mi 7-dən yan keçmişdi. Gözləntilərə əsasən Mi 7 modeli şirkətin ən kompakt smartfonlarından biri olacaq

- Xiaomi Mi Mix 4Mi Mix 4S - Şirkətin yeni flaqman smartfon modelləri

- Xiaomi CC10 - Mi 10 Lite modelinin Çin bazarı üçün nəzərdə tutulmuş versiyası

- Xiaomi Mi Zero - Çox güman ki, söhbət, şirkətin yeni konseptual smartfon modelindən gedir. Lakin insayderlər onun özəllikləri barəsində məlumat verməyiblər.

    Redmi brendi:

- Redmi 9Redmi 9A - Redmi 8Redmi 8A-nın gözlənilən davamçıları

- Redmi Note 9S+ - Redmi Note 9 Pro Max-ın rebrendinqi

- Redmi X10 4GX10 5G - Xiaomi Mi 10S və Mi 10S 5G-nin rebrendinqi.

    Poco brendi:

- Poco X2 Pro - Redmi K30 Pro-nun Hindistan bazarı üçün olan versiyası

- Poco F2 - Adi Redmi X10, Xiaomi Mi 10S və onların 5G modellərinin Hindistan bazarı üçün olan versiyası.

    Qeyd etmək lazımdır ki, məlumatı təqdim etmiş mənbənin anonim olması ilk növbədə bu məlumatın doğruluğunu şübhə altına atır. Heç istisna deyil ki, ortaya çıxmış bu məlumat sızıntısı nəticədə təsdiqlənəcək və ya təkzib ediləcək. Xiaomi şirkəti bu məlumat sızıntısına heç bir fikir bildirməyib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Avropada smartfonlar üçün holoqrafik videozəng texnologiyası hazırlanır

Deutsche Telekom, Orange, Telefonica və Vodafone mobil operatorları holoqram formatında videozənglər..


Google şirkəti Dolby Atmos ilə HDR-ın analoqlarını hazırlayır

Həcmli səs formatı olan Dolby Atmos ilə HDR video formatı böyük məşhurluğa sahibdirlər.


NVIDIA pilotsuz avtomobillər üçün süni zəka əsaslı Drive Thor adlı yeni prosesso..

NVIDIA şirkəti pilotsuz avtomobillər üçün nəzərdə tutulmuş Drive Thor adlı yeni prosessorunu təqdim ..


NIVIDA şirkəti GeForce RTX 4000 videokart seriyasını təqdim edib - QİYMƏTİ..

NVIDIA şirkəti rəsmi olaraq yeni GeForce RTX 4000 videokart seriyasnı təqdim edib.


Saniyədə 100 Mbit sürət: Starlink öz imkanlarını təyyarə sərnişinlərinə sərgiləy..

SpaceX şirkəti Starlink peyk internetinin yer səthindən 9000 metr hündürlükdə Youtube və Netflix-i ə..

×