main-post-cover

    Xiaomi şirkəti ultrabüdcəli Redmi 8A modelinin təqdimat tarixini elan etdi

    Elm & Texnologiya
    19.09.2019
    Farid Pardashunas
        Bir neçə ay olmuş məlumat sızıntısından sonra Xiaomi şirkəti özünün ultrabüdcəli Redmi 8A smartfon modelinin təqdimat tarixini rəsmi olaraq açıqladı. Bu barədə Gagadget saytı xəbər verib. Şirkətin Hindistan şöbəsi üzrə rəhbəri Manu Kumar Jain-in sözlərinə əsasən smartfonun təqdimat tədbiri 25 sentyabr tarixində baş tutacaq. Beləliklə smartfon Mi9 Pro 5GMi Mix 4 smartfonlarının təqdimatlarından bir gün sonra təqdim ediləcək. Məlumata əsasən Redmi 8A modeli plastik materialdan hazırlanmış gövdəyə sahib olacaq.
        Əsas texniki göstəricilərə gəldikdə isə smartfon HD+ keyfiyyətli 6.2 düym ekran, ekran üzərində damcı formalı çıxıntı hissə, Snapdragon 439 prosessoru, 2/3/4 GB RAM, 16/32/64 GB daxili yaddaş həcmi, 12 MP-lik bir ədəd arxa kamera, 8 MP-lik ön kamera və 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır. Smartfon təqribi olaraq 100$ civarında satılacaq. Həmin təqdimatda adi Redmi 8 modelinin təqdim olunub-olunmaması barəsində bir məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər