main-post-cover

    Xiaomi şirkəti Redmi Note seriyasının satışlarında növbəti rekordu qırdı

    Elm & Texnologiya
    12.09.2019
    Farid Pardashunas
        Xiaomi şirkəti öz Twitter hesabında yeni rekord barəsində məlumat verib. Belə ki, şirkət özünün Redmi Note seriyasına daxil olan smartfonların ümumi satış göstəricisini təqdim edib. Bu barədə 4pda saytı xəbər verib. Beləliklə şirkətin verdiyi məlumata əsasən Redmi Note seriyasının satılmış cihazlarının ümumi sayı 100.000.000 göstəriciyə çatıb və yüksəlməkdə davam edir. Brendin ən çox satılan modellərindən biri isə Redmi 7 modeli olub. Satışa çıxmasından 7 ay ərzində şirkət 20 milyon ədəd Redmi Note 7 sata bilib. Bura həmçinin Redmi Note 7 Pro modeli də daxildir. Bu ay təqdim edilmiş Redmi Note 8Note 8 Pro modelləri də bu göstəriciyə çatmaq üçün bütün şanslara sahibdirlər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər