main-post-cover

    Xiaomi şirkəti Redmi Note 8T smartfonu üzərində çalışır

    Elm & Texnologiya
    27.09.2019
    Farid Pardashunas
        Xiaomi şirkəti hələ bir neçə müddət bundan öncə Redmi Note 8 ilə Note 8 Pro smartfon modellərini təqdim etmişdi. Lakin görünür, şirkət Redmi Note seriyasına daxil olacaq daha bir smartfon üzərində çalışır. Bu barədə Gagadget saytı xəbər verib. Belə ki, məşhur hindistanlı insayder Mukul Sharma-nın sözlərinə görə şirkət hal hazırda Redmi Note 8T smartfon modeli üzərində çalışır.
        O bu məlumata həmçinin Sierra Delta 7 Thirty Gold kod adını da əlavə edib. Bu kod adı qısaltsaq, SD730G alınar. Bu isə Qualcomm-un Snapdragon 730G adlı oyun prosessorunun qısaldılmış adıdır. Beləliklə görünür, Redmi Note 8T modeli məhz bu prosessor ilə təchiz olunacaq. Təəssüflər olsun ki, smartfon barəsində digər bir məlumat yoxdur. Sözügedən smartfonun nə zamanda təqdim olunacağı barəsində də məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər