Xiaomi şirkəti qatlana bilən ekrana və 5 ön kameraya sahib smartfonun patentini aldı

Xiaomi şirkəti qatlana bilən ekrana və 5 ön kameraya sahib smartfonun patentini aldı

Texnologiya
11.11.2019 PAYLAŞIM

    Xiaomi şirkətinin təkmilləşdirilmiş kameralara sahib növbəti smartfonlar üzrə planları ortaya çıxıb. Belə ki, şirkətin yeni patenti qatlana bilən ekrana və diqqət çəkən sayda kameraya sahib smartfonu ortaya çıxardıb. Bu barədə Gizmochina saytı xəbər verib. Beləliklə ortaya çıxmış patent sorğusuna əsasən şirkətin sözügedən smartfonu qatlana bilən ekranı və gövdənin daxilinə inteqrasiya edilmiş 5 kameranı özündə birləşdirir.

    İstifadəçinin sözügedən smartfonu əlində necə tutacağından asılı olaraq o həm selfie fotoları həm də mənzərə fotoları çəkə bilər. Kameralar isə öz növbələrində smartfonun ən qalın hissəsində batareya, sistem platası və smartfonun çalışmasından cavabdeh olan texniki komponentlər ilə birlikdə yerləşəcəklər. Qeyd etmək lazımdır ki, şirkət hələ ki, qatlana bilən smartfon modelini rəsmi olaraq təqdim etməyib. Bu qeyri adi dizayna sahib smartfonun texniki göstəriciləri və ya təqdimat tarixi barəsində bir məlumat yoxdur.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Redmi K30 5G rəsmi olaraq təqdim edildi - QİYMƏTİ

Bir neçə ay ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Redmi brendi sonunda Redmi K30 smar..


Galaxy S10 Lite, Note 10 Lite, A51, A71 smartfonlarının qiymətləri və satış tari..

Heç kim üçün sirr deyil ki, Samsung şirkəti hal hazırda Galaxy S10 Lite, Galaxy Note 10 Lite, Galaxy..


Xiaomi şirkəti ən böyük smartfon istehsalçıları reytinqinin ilk beşliyinə daxil ..

Diqqət çəkən sayda smartfon satışa çıxartmaqla Xiaomi şirkəti Huawei, Apple və Samsung ilə rəqabətə ..


Sony Xperia 3 flaqman smartfonu Geekbench testlərindən keçdi

Hələ sentyabr ayının sonunda məlum olmuşdu ki, Sony şirkəti yeni flaqman smartfon üzərində çalışır...


Windows 7 2023-ə qədər dəstək alacaq: Əgər 200 dollar versəniz

Microsoftun ən sevilən əməliyyat sistemi sözsüz ki, Windows 7-dir. Microsoft görünən odur ki, Windo..


Samsung az büdcəli 5G cihazlar üçün MediaTek ilə işləyəcək

5G texnologiyası bilindiyi kimi qismən bahalıdır. İstifadə edilən çiplər telefonların qiymətini arti..