Xiaomi şirkəti özünün ilk qatana bilən smartfon modelinin patentini əldə etdi

Xiaomi şirkəti özünün ilk qatana bilən smartfon modelinin patentini əldə etdi

Texnologiya
14.08.2019 PAYLAŞIM

    Bu ilin əvvəlində Xiaomi şirkətinin prezidenti Lin Bin qatlana bilən smartfon modelinin prototipini sərgiləmişdi. Daha sonra o bildirmişdi ki, şirkət öz ilk qatlana bilən smartfon modelini o zaman təqdim edəcək ki, həmin smartfonun qatlanma konsepsiyaları bir sıra testlərdən keçsin. İndi isə Avropa Birliyinin intellektual mülkiyyət üzrə agentliyi şirkətə qatlana bilən smartfon modelinin petentini təqdim edib.


    Həmin patentdə əks olunmuş sxematik fotolar isə ortaya çıxıb. Bu barədə 91mobiles saytına istinadən 4pda saytı xəbər verib. Bu smartfonun daha öncədən təqdim edilmiş dizaynı patentdə əks olunmuş sxematik fotolar ilə üst-üstə düşür. Belə ki, Xiaomi şirkətinin ilk qatlana bilən smartfon modeli iki hissədə qatlana biləcək. Qatlanmış vəziyyətdə cihaz ön paneldən bir ədəd ekrana sahib olacaq.


    Əlavə iki ekran isə cihazın kənarlarına yerləşdiriləcək. Patentdəki sxem fotolarında həmçinin smartfonun əsas kamerası da əks olunub. Beləliklə fotolardan da görmək olar ki, smartfon üçlü arxa kamera moduluna sahibdir və o, smartfonun arxa panelinin düz mərkəzində yerləşir. Təqdim olunmuş fotolardan ön kameranın harda yerləşdiyini söyləmək çətindir. Bir sıra məlumatlara əsasən şirkət Dual Flex və ya Mix Flex adına sahib qatlana bilən smartfon modelini artıq bu ilin sonuna kim təqdim edə bilər.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Galaxy S11 smartfon seriyası qlobal bazarda hansı prosessor ilə satışa çıxacaq?..

Samsung şirkəti artıq bir neçə ildir ki, Snapdragon prosessorlu flaqman smartfon modellərini yalnız ..


Xiaomi Mi Mix 4 reklam posterində görüldü

 Xiaomi şirkəti satışa çıxmağa hazırlaşan məhsullarının tizerlərini təqdim etməyə başlayıb...


Huawei P40 Pro-nun texniki özəllikləri barəsində məlumat verildi

Bir neçə gün bundan öncə gələn il təqdim ediləcək Huawei P40 smartfon modelinin bəzi texniki özəllik..


Nvidia-dan yeni süni zəka texnologiyası: 2D şəkillər 3D halına millisaniyələrdə ..

Nvidia şirkəti yeni süni zəka texnologiyasını təqdim etdi. Bu texnologiya vasitəsilə 2D formatlı şək..


Apple iOS 13.3 yenilənməsini yayımladı: Kritik problemlər həll oldu

Apple iOS əməliyyat sisteminin çoxdandı gözlənilən 13.3 yenilənməsini yayımladı. Bu paket ilə bir ço..


AMD Radeon Boost gəlir: Video kartlar güclənəcək

AMD sistemi 2020 etibarı ilə Radeon Boost texnologiyasını istifadəçilərə verəcək. Məqsəd daha optima..