main-post-cover

    Xiaomi şirkəti öz yeni 5G smartfon modelinin təqdimatına hazırlaşır

    Elm & Texnologiya
    09.09.2019
    Farid Pardashunas
        Avqust ayının ortasında Xiaomi şirkəti öz 100 pərəstişkarı arasında yeni 5G smartfon modelinin testini keçirtmək imkanını vermişdi. İndi isə TENAA adlı sertifikatlaşdırma mərkəzinə sözügedən smarfonun adı, və təqdimat tarixi barəsində məlumatlar gəlib. Bu barədə Gizchina saytı xəbər verib. Məlumata əsasən yeni smartfon Xiaomi Mi9 5G adlanacaq və o artıq bugün təqdim ediləcək.
        Bununla yanaşı şirkət bugün həmçinin Mi Charge Turbo adlı yeni naqilsiz sürətli enerji yığma texnologiyasını da təqdim etməlidir. Məlumata əsasən şirkət ilk öncə 300.000 smartfonu satışa çıxardacaq. Daha sonra smartfona tələbatın artacağı halda şirkət smartfon istehsalını davam etdirəcək. Məlumata əsasən smartfon Snapdragon 855 Plus prosessoru, Snapdragon X50 5G çipi, 12 GB RAM, 512 GB daxili yaddaş həcmi və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Modemin və batareyanın böyük ölçüsü səbəbilə smartfon adi Mi9 modelindən bir qədər qalın olacaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər