main-post-cover

    Xiaomi şirkəti MIUI interfeysində reklamların göstərilməsini məhdudlaşdıracaq

    Elm & Texnologiya
    13.03.2019
    Farid Pardashunas
        Xiaomi şirkətinin özünün hazırladığı MIUI adlı istifadəçi interfeysi istifadəçilər arasında çox məşhurdur. Lakin son yenilənmələrdə istifadəçilər bu interfeysə əlavə olunmuş reklam elanlarının göstərilməsi özəlliyindən narazılıqlarını bildirirdilər. Şirkət rəhbərliyi istifadəçilərin mənfi fikirlərini nəzərə alacağına və reklam elanlarının göstərilməsi baxımından məhdudlaşdırıcı tədbirlər görəcəyinə söz verib. Bu barədə Gizchina saytı xəbər verib. Belə ki, Çinin Weibo adlı sosial şəbəkəsində Xiaomi tərtibatçıları ilə qarşılıqlı əlaqə üçün nəzərdə tutulmuş xüsusi forum yaradılıb.
        Xiaomi şirkətinin məhsullar üzrə direktoru və MIUI Experience şöbəsinin baş meneceri həmin forumda istifadəçilərdən onların gələcəkdə MIUI interfeysində nə kimi yenilikləri gözlədikləri barəsində sual verib. Beləliklə məlum olub ki, istifadəçilər arasında ən çox tələb olunan funksiyalardan biri də MUI tərkibində reklam elanlarının göstərilməsinin deaktiv olunması düyməsinin əlavə olunmasıdır. Cavab olaraq isə Xiaomi şirkətinin icraçı direktoru bildirib ki, onlar gələcək MIUI versiyalarından birində bu funksiyanı reallaşdıracaqlar. Lakin bunun üçün bir qədər zaman lazım olacaq.
        Nəzərə alsaq ki, reklam elanları şirkətin əsas gəlirlərinin bir hissəsini təşkil edir, həmin reklam elanlarının deaktiv edilməsi şirkətin smartfon modellərinin qiymətlərinin qalxması demək olacaq. Bəzi istifadəçilər isə belə qənaətə gəliblər ki, şirkət reklam elanlarının göstərilməsini tamamilə deaktiv etməyəcək. Sadəcə olaraq reklam elanlarının göstərilməsini bir qədər məhdudlaşdıracaq. Şirkət isə öz növbəsində MIUI-yə reklam elanlarının göstərilməsini deaktiv etmək imkanını verəcək düymənin nə zaman əlavə olunacağı barəsində heç bir məlumat verməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər