main-post-cover

    Xiaomi şirkəti MIUI'dəki reklam elanlarında olacaq dəyişikliklərdən danışdı

    Elm & Texnologiya
    06.06.2019
    Emil Nəcəfov
        Hələ bir neçə müddət bundan öncə Xiaomi smartfonlarının istifadəçiləri şirkətin MIUI interfeysində reklam elanlarının göstərilməsinə öz etirazlarını bildirmişdilər. Şirkət isə bu məsələdə istifadəçilərinin rəylərini nəzərə alacağına söz vermişdi. Beləliklə bugün şirkətin MIUI Experience şöbəsinin baş meneceri yenilənmiş MIUI interfeysinə hansı dəyişikliklərin əlavə olunduğunu və sadələşdirilmiş interfeysin nə zaman işıq üzü görəcəyi barəsində məlumat verdi. Bu barədə Mydrivers saytına istinadən 4pda saytı xəbər verib. MIUI şöbəsinin rəhbərinin sözlərinə görə şirkət sözügedən interfeysdə reklam elanlarının göstərilməsi sayının aşağı salınması yolunda 5 vacib yenilik tətbiq edib:
    - Bəzi reklam elanlarının qiymətləndirilməsi və yaxın 2 ay ərzində onların saylarının azaldılması üzrə planlar
    - Reklam axınında nalayiq kontentlər ilə mübarizənin daha da sərtləşdirilməsi
    - Brauzerə olan yüklənmənin aşağı salınması (çox güman ki, söhbət, reklam trekerlərinin optimizasiyasından gedir)
    - Reklamların yerləşdirilməsi zamanı reklam standartlarının nizamlanması. Reklam bannerlərinin interfeysi anlaşıqlı olmalıdır, istifadəçi onu asanlıqla gizlədə və ya deaktiv edə bilsin
    - Reklam elanlarının gstərilməsinin deaktiv olunmasının sadələşdirilməsi üçün ayarlar sisteminin təkmilləşdirilməsi.
    MIUI interfeysinin təkmilləşdirilmiş versiyası OAT yenilənmə şəklində təqribi olaraq 3 aydan sonra təqdim olunacaq.
    Linki kopyala