Xiaomi şirkəti Mi Watch smart saatının xarici görünüşünü sərgilədi
Elm & Texnologiya
29.10.2019
Farid Pardashunas
Xiaomi şirkəti 5 noyabr tarixində baş tutacaq təqdimat tədbirini gözləməyərək öz smart saat modelinin xarici görünüşünü sərgilədi. Smart saatın fotolarını şirkətin rəhbəri Lei Jun təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə təqdim edilmiş fotolardan da görmək olar ki, Xiaomi-nin smart saat modeli xarici görünüşcə Apple Watch-a bənzəyəcək. Smart saat bir ədəd idarəetmə düyməsinə və kənarları əyilmiş kvadrat formalı ekrana sahib olacaq.
Son məlumat sızıntılarına əsasən Mi Watch smart saatı Xiaomi-nin WearOS əməliyyat sistemi ilə çalışacaq ilk saat modeli olacaq. Xiaomi həmçinin təsdiq edib ki, Mi Watch Snapdragon Wear 3100 prosessoru ilə təchiz olunacaq. Güman olunur ki, bundan əlavə olaraq smart saat OLED ekran, 1 GB RAM, Google Play ödənişləri üçün nəzərdə tutulmuş NFC modul və Always on Display funksiyası ilə təchiz olunacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək