Xiaomi şirkəti Mi Note 10-nun təqdimatını təsdiqlədi
Elm & Texnologiya
29.10.2019
Farid Pardashunas
Xiaomi şirkəti artıq 5 qat optik zoom özəllikli 108 MP-lik kameraya sahib CC9 Pro smartfon modelinin təqdimat tarixini elan edib. Lakin məlum olub ki, CC9 Pro smartfonu şirkətin 108 MP-lik kameraya sahib yeganə modeli olmayacaq. Belə ki, şirkət CC9 Pro-dan əlavə daha bir smartfonu da təqdim edəcək. Söhbət, Mi Note 10-dan gedir. Məhz bu smartfon modeli barəsində son 1 ay ərzində insayderlər çoxlu sayda məlumat verirdilər. Bu barədə 4pda saytı xəbər verib. Şirkət artıq öz Twitter hesabında Mi Note 10-nun tizer fotosunu təqdim edib. Çox güman ki, Mi Note 10 modeli Snapdragon 855 prosessoru ilə təchiz olunacaq. Bununla yanaşı smartfon 5 kamera moduluna da sahib olmalıdır. CC9 Pro modeli 5 noyabr tarixində təqdim olunacaq. Mi Note 10-a gəldikdə isə o, yaxın bir neçə gün ərzində təqdm olunmalıdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək