main-post-cover

    Xiaomi şirkəti Mi Mix Alpha smartfon modelinin rəsmi tizer fotolarını təqdim etdi

    Elm & Texnologiya
    20.09.2019
    Emil Nəcəfov
        Artıq bir neçə gündən sonra Xiaomi şirkəti Mi9 Pro 5GMi Mix Alpha smartfonlarını təqdim edəcək. İndi isə şirkət Mi Mix Alpha smartfon modelinin rəsmi tizer fotolarını təqdim edərək bildirib ki, yeni smartfonda ekran gövdə nisbəti 100% olacaq. Yəni smartfon tamamilə kənar çərçivələrdən məhrum olacaq. Bu barədə Gizchina saytı xəbər verib. Təqdim olunmuş rəsmi render fotolarına əsasən smartfon ekranının kənarları əyilmiş formada olacaqlar. Bu cür konstruksiya vasitəsilə şirkət smartfonun kənar çərçivələrindən azad olub.
        Şirkət onu da qeyd edib ki, smartfon 5G çip ilə təchiz olunacaq. Son məlumat szıntılarına əsasən Mi Mix Alpha modeli Snapdragon 855 Plus prosessoruna və 108 MP-lik arxa kameraya sahib olacaq. Çindən olan mənbələr isə qeyd ediblər ki, Mi Mix Alpha modeli Xiaomi şirkətinin ilk qatlana bilən smartfon modeli olacaq. Lakin təqdim edilmiş rəsmi tizer fotolarında bu cür özəllik barəsində heç bir məlumat əks olunmayıb. Smartfonun təqdimatı 24 sentyabr tarixində baş tutacaq.
    Linki kopyala