main-post-cover

    Xiaomi şirkəti Mi Mix Alpha'nın satışını təxirə saldı

    Elm & Texnologiya
    01.10.2019
    Emil Nəcəfov
        Xiaomi Mi Mix Alpha konseptual smartfonun təqdimatından sonra internetdə bu smartfonun satış tarixi barısində çoxlu sayda məlumat ortaya çıxmışdı. Lakin şirkət özü smartfonun rəsmi satış tarixi barəsində məlumat verməmişdi. Bu məsələni şirkətin top menecerlərindən biri aydınlaşdırıb. Bu barədə Gizchina saytı xəbər verib. Xiaomi şirkətinin brend meceneri Edward Bishop-un sözlərinə əsasən Mi Mix Alpha bu il satışa çıxamayacaq.
        Onun sözlərinə əsasən bu ay Xiaomi CC seriyasının yeni smartfon modelləri təqdim olunacaq. Mi Mix Alpha-nın satışa çıxmasını isə 2020-ci ildən tez gözləmək lazım deyil. Hələ bir neçə müddət bundan öncə şirkət rəhbəri bildirmişdi ki, Mi Mix Alpha-nın istehsalat prosesi çox qəlizdir. Heç istisna deyil ki, məhz bu səbəbdən şirkət smartfonun satış tarixini gələn ilə keçirdib. Qeyd etmək lazımdır ki, şirkət bu smartfon üzərində 2 il çalışıb və onun hazırlanmasına 70 milyon dollar vəsait xərcləyib.
    Linki kopyala