Xiaomi şirkəti gələn il çoxlu sayda 5G dəstəkli smartfon satışa çıxardacaq
Elm & Texnologiya
21.10.2019
Farid Pardashunas
Keçirilmiş 6-cı beynəlxalq internet konfransı çərçivəsində Xiaomi şirkətinin təsisçisi Lei Jun, 5G şəbəkə dəstəkli smartfonların satışa çıxarılması üzrə planlarını açıqladı. Konfrans çərçivəsində Lei Jun bildirdi ki, 5G dəstəkli smartfonların satışa çıxarılması öz növbəsində şirkətin bütün gözləntilərindən yüksək nəticələr sərgilədilər. Bu barədə Gizchina saytı xəbər verib.
Xiaomi şirkəti əmindir ki, yaxın zamanda 4G şəbəkəsi 5G ilə kəskin rəqabətə girəcək. Lei Jun ümid edir ki, mobil şəbəkə operatorları tez zamanda yeni texnologiyaların inteqrasiyasını etməklə rəqəmsal iqtisadiyyata köməklik edəcəklər. O əlavə edib ki, 5G texnologiyası yüksək keyfiyyətli videoların izlənməsi və cloud gaming sahəsi üçün çox sərfəlidir.
Şirkətin 5G şəbəkə dəstəkli smartfonlarına olan bu ilki tələbat isə Xiaomi-nin bütün gözləntilərini keçib. Buna görə də şirkət gələn il müxtəlif qiymət göstəricili 5G şəbəkə dəstəkli smartfon modellərini satışa çıxardacaq. Lei Jun-un bu sözlərindən belə qənaətə gəlmək olar ki, Xiaomi şirkəti gələn il 5G dəstəkli flaqman, orta və aşağı seqmentli smartfon modellərini satışa çıxardacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)